Icma.az
close
up
RU
Ermitajın əsas girişi aparılan yoxlamalardan sonra açıq elan edilib

Ermitajın əsas girişi aparılan yoxlamalardan sonra açıq elan edilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 yanvar, AZƏRTAC

Yanvarın 30-da Sankt-Peterburqda Ermitaj muzeyinin Qış Sarayının əsas girişi anonim təhdid mesajı səbəbindən müvəqqəti bağlanıb.

Bu barədə AZƏRTAC muzeyin mətbuat xidmətinə istinadla xəbər verir.

“Bu gün, yanvarın 30-da Ermitajın Qış Sarayının təhlükəsizlik rejiminin pozulması təhdidi ilə anonim mesaj daxil olub. Binanın əsas girişi bağlanıb, ekspozisiya zalları və xidməti otaqlarda yoxlamalar aparılır”, - deyə məlumatda qeyd olunur.

Muzeydən bildirilib ki, hazırda Baş muzey kompleksinə giriş Şuvalov keçidi, Million, 37/Saray sahili, 36 ünvanında mümkündür. Ermitajdan həmçinin qeyd olunub ki, bu günə giriş biletləri olan ziyarətçilər Baş muzey kompleksini həm bu gün, həm də istənilən digər günlərdə ziyarət edə bilərlər. Muzeyin adi rejimdə fəaliyyətinin bərpa olunması barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 24-də Ermitajın ziyarətçiləri təhlükəsizlik təhdidi səbəbilə təxliyyə olunub. Buna səbəb anonim təhdid mesajı olub. Muzeydən üç minə yaxın ziyarətçi təxliyyə olunub. Dövlət muzeyinda baş verən hadisədən dərhal sonra terror aktı ilə bağlı qəsdən yalan məlumat yayma maddəsi ilə cinayət işi başlanılıb.

Bir müddət sonra Ermitajın əsas girişi ziyarətçilərin üzünə açılıb. Bildirilir ki, Muzey hazırda ştat rejimində fəaliyyət göstərir.

“Muzeyin təhlükəsizlik xidməti Milli Qvardiyanın əməkdaşları ilə birgə Qış Sarayının ekspozisiya zallarında və xidməti otaqlarda yoxlamaları başa çatdırıblar, şübhəli əşya aşkar edilməyib”, - deyə məlumatda bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see228

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see133

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see126

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri