Əsas Atlantik cərəyanı gözləniləndən daha sürətlə zəifləyir: Nə baş verə bilər? | Icma.az
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni araşdırmaya əsasən, planetin iqlimini tənzimləyən Atlantik okeanında əsas cərəyan gözləniləndən daha sürətlə zəifləyir.
Körfəz axınının daxil olduğu Atlantik meridional çevrilmə sirkulyasiyası (AMOC) Şimal yarımkürəsində və ondan kənarda iqlimi sabitləşdirir.
Turkustan.az xəbər verir ki, bu barədə "Live Science" jurnalı yazıb.
Tədqiqatçılar bildiriblər ki, qlobal karbon qazı emissiyalarının mövcud səviyyəsi ilə Qrenlandiyanın buz örtüyündən axan şirin suyun əriyərək okeana qarışması bu cərəyanın növbəti 15 il ərzində 1/3 nisbətində zəifləməsinə səbəb ola bilər.
Nəticələr "Nature Geoscience" jurnalında dərc edilib AMOC planetar bir konveyer kimi fəaliyyət göstərərək tropik sulardan qidalandırıcı maddələr, oksigen və istiliyi şimala, eyni zamanda soyuq suları cənuba daşıyır.
Bu proses Atlantik okeanının hər iki tərəfində temperaturu təxminən 5 dərəcə Selsi artıraraq balansı qoruyur.
Alimlər vurğulayırlar ki, əgər bu cərəyan tamamilə dayansa, qlobal miqyasda xaosa səbəb ola bilər: Avropada temperatur kəskin enər, ekvatorial bölgələrdə fırtınalar artar və tropik meşələrdə, xüsusilə də Amazon meşələrində geri dönməz dəyişikliklər baş verər.
Tam oxu
Xəbəri oxu