Icma.az
close
up
RU
Əsas Atlantik cərəyanı gözləniləndən daha sürətlə zəifləyir: Nə baş verə bilər?

Əsas Atlantik cərəyanı gözləniləndən daha sürətlə zəifləyir: Nə baş verə bilər?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni araşdırmaya əsasən, planetin iqlimini tənzimləyən Atlantik okeanında əsas cərəyan gözləniləndən daha sürətlə zəifləyir. Körfəz axınının daxil olduğu Atlantik meridional çevrilmə sirkulyasiyası (AMOC) Şimal yarımkürəsində və ondan kənarda iqlimi sabitləşdirir.

Turkustan.az xəbər verir ki, bu barədə "Live Science" jurnalı yazıb.

Tədqiqatçılar bildiriblər ki, qlobal karbon qazı emissiyalarının mövcud səviyyəsi ilə Qrenlandiyanın buz örtüyündən axan şirin suyun əriyərək okeana qarışması bu cərəyanın növbəti 15 il ərzində 1/3 nisbətində zəifləməsinə səbəb ola bilər. Nəticələr "Nature Geoscience" jurnalında dərc edilib

AMOC planetar bir konveyer kimi fəaliyyət göstərərək tropik sulardan qidalandırıcı maddələr, oksigen və istiliyi şimala, eyni zamanda soyuq suları cənuba daşıyır. Bu proses Atlantik okeanının hər iki tərəfində temperaturu təxminən 5 dərəcə Selsi artıraraq balansı qoruyur.

Alimlər vurğulayırlar ki, əgər bu cərəyan tamamilə dayansa, qlobal miqyasda xaosa səbəb ola bilər: Avropada temperatur kəskin enər, ekvatorial bölgələrdə fırtınalar artar və tropik meşələrdə, xüsusilə də Amazon meşələrində geri dönməz dəyişikliklər baş verər.

Bir çox iqlim modelləri AMOC-un 2100-cü ilə qədər yalnız zəifləyəcəyini proqnozlaşdırır. Lakin BMT-nin İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Ekspertlər Qrupu bu əsrdə sistemin geri dönməz nöqtəni keçmə ehtimalının 10%-dən az olduğunu hesablayıb. Bununla belə, bəzi tədqiqatçılar bu risklərin az qiymətləndirildiyini və təcili tədbirlərin görülməsinin vacib olduğunu bildirirlər.

Digər modellər axının tezliklə dayana biləcəyini göstərir: bu, elm adamları arasında fikir ayrılığına səbəb olub, bəziləri axının zəifləməsi risklərinin lazımi səviyyədə qiymətləndirilmədiyini və təcili tədbirlər görülməsini tələb edib.

Qeyd edilir ki, AMOC nəhəng mühərrik kimi işləyir, cənubdan (daha duzlu və sıx olan) isti suları şimala doğru hərəkət etdirir. Şimala doğru hərəkət etdikcə, duzlu su soyuyur və sıxlaşır və beləliklə, batır. Bu konveyer su kəməri cənuba qayıtmazdan əvvəl atmosferə istilik verir. Eyni zamanda, əriyən buzlaqlardan daha yüngül şirin su axını bu duzlu okean suyunun bir hissəsini sıxışdıraraq onun dərin batmasını dayandırmağa və AMOC-u yavaşlatmağa səbəb olur. Amma indiyə qədər modellərdə bu ərimiş su nəzərə alınmırdı.

Sidneydəki Yeni Cənubi Uels Universitetinin paleoklimatoloqu Lauri Manville detib: "Elmi ictimaiyyət hələ də bu məsələdə çox fikir ayrılığına malikdir. Birinci cəhət ondan ibarətdir ki, ərimiş su və buzun əlavə axını ilə bağlı dəqiq hesablamalar əldə etmək çətindir. Həmçinin belə bir fikir var idi ki, axın sistemə təsir göstərə bilməyəcək qədər kiçikdir".

Mümkün nəzarəti araşdırmaq üçün Manville və onun həmkarı Qabrielle Pontes ərimə sularının proqnozlaşdırılan axınlarını nəzərə alan yeni model yaradıblar.

Onların modeli göstərir ki, AMOC 1950-ci ildən bəri hər on ildə 0,46 sverdrup (bir sverdrup saniyədə 1 milyon kubmetr suya bərabərdir) sürətlə yavaşlayıb və bəşəriyyət qlobal istiləşmənin 2 dərəcə Selsini (hazırda proqnozlaşdırıldığı kimi) keçərsə, dövriyyə 2040-cı ilə qədər 33% zəifləyə bilər.

Okeanoqraf, Almaniyanın Potsdam İqlimə Təsirin Tədqiqat İnstitutunda Yer Sistemlərinin Təhlili Bölməsinə rəhbərlik edən okeanoloq Stefan Ramstorf deyib: "Bu iş vacibdir, çünki çoxlarının şübhələndiyi, lakin əvvəllər açıq-aydın göstərilməyən şeyi təsdiqləyir. Gələcəkdə nəticələr göstərir ki, biz AMOC-da IPCC tərəfindən proqnozlaşdırılandan daha sürətli eniş gözləməliyik". /Qaynarinfo/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Noyabr 2024 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri