Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Doğum günümü təbrik etdiyinizə görə çox sağ olun. Məni diqqətdə saxlamısız, unutmamısız. Ad günümü, 90 illik yubileyimi ailəmlə birlikdə qeyd edirəm. Bir də idmançılarla, kolleqalarımla birlikdə də keçirəcəm. Uzun sözün qısası dəbdəbədən uzağam”
Bunu Moderator.az-a özəl açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, keçmiş deputat, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri laureatı Ağacan Abıyev deyib. O daha sonra əlavə edib:
“90 yaşıma qədər məni sağlam və gümrah idman saxlayıb. Özümü normal hiss edirəm. 90 yaşında insan necə olmalıdır? Hamı kimi ağrıyanda ağrıyıram, özümü yaxşı hiss etdiyim günlər də olur. Əsas odur ki, ayaqüstəyəm” deyə 90 yaşlı Ağacan Abıyev deyib.