“Əsas odur ayaqüstəyəm, 90 yaşlı insan necə olmalıdır?” Ağacan Abıyevdən AÇIQLAMA
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Doğum günümü təbrik etdiyinizə görə çox sağ olun. Məni diqqətdə saxlamısız, unutmamısız. Ad günümü, 90 illik yubileyimi ailəmlə birlikdə qeyd edirəm. Bir də idmançılarla, kolleqalarımla birlikdə də keçirəcəm. Uzun sözün qısası dəbdəbədən uzağam”
Bunu Moderator.az-a özəl açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, keçmiş deputat, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri laureatı Ağacan Abıyev deyib. O daha sonra əlavə edib:
“90 yaşıma qədər məni sağlam və gümrah idman saxlayıb. Özümü normal hiss edirəm. 90 yaşında insan necə olmalıdır? Hamı kimi ağrıyanda ağrıyıram, özümü yaxşı hiss etdiyim günlər də olur. Əsas odur ki, ayaqüstəyəm” deyə 90 yaşlı Ağacan Abıyev deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 24 Noyabr 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















