Əsəd ailəsində çatlar dərinləşir KONKRET

03.04.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd növbəti dəfə boşanmaq qərarına gəlib.

KONKRET.az bildirir ki, bu barədə Almaniyanın “Die Zeit” qəzeti məlumat verib.  Məhkəmə iddiasında boşanma səbəbi kimi Əsədin vaxtının böyük bir hissəsini kompüter qarşısında video oyunlar oynayaraq keçirməsi göstərilir.

Cütlüyün evliliyinin faktiki olaraq sona çatdığı iddia edilsə də, bu qərarın Əsədin şəxsi həyatındakı uçurumu daha da dərinləşdirdiyi deyilir. Əsədin ağır psixoloji sarsıntı keçirdiyi iddia edilir.

Qeyd edək ki, oxşar iddialar ötən il də yayılmışdı. Lakin Kremlin sözçüsü Dimitri Peskov Əsəd cütlüyü ilə bağlı iddiaları təkzib edərək:

“Xeyr, bunlar reallığa uyğun deyil”-deyə qətiyyətlə bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью