Əsəd ailəsində çatlar dərinləşir KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd növbəti dəfə boşanmaq qərarına gəlib.
KONKRET.az bildirir ki, bu barədə Almaniyanın “Die Zeit” qəzeti məlumat verib. Məhkəmə iddiasında boşanma səbəbi kimi Əsədin vaxtının böyük bir hissəsini kompüter qarşısında video oyunlar oynayaraq keçirməsi göstərilir.
Cütlüyün evliliyinin faktiki olaraq sona çatdığı iddia edilsə də, bu qərarın Əsədin şəxsi həyatındakı uçurumu daha da dərinləşdirdiyi deyilir. Əsədin ağır psixoloji sarsıntı keçirdiyi iddia edilir.
Qeyd edək ki, oxşar iddialar ötən il də yayılmışdı. Lakin Kremlin sözçüsü Dimitri Peskov Əsəd cütlüyü ilə bağlı iddiaları təkzib edərək:
“Xeyr, bunlar reallığa uyğun deyil”-deyə qətiyyətlə bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 03 Aprel 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















