Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Suriyada baş verənlərin fonunda Hikmət Hacıyevin İsrail rəsmiləri, eləcə də İsrail Prezidenti İshaq Hersoqla görüşü maraq doğurub.
Bu səfər planlaşdırılmışdı, yoxsa son proseslərin fonunda baş tutdu?
Rəsmi Bakı bu geopolitik prosesdə hansı formada iştirak edir və necə bir üstünlüyə sahibdir?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə və Azərbaycan liderlərinin son telefon danışığı zamanı Suriyadakı vəziyyətin müzakirəsi, ardınca da Azərbaycan Xarici İşlər Nazirliyinin Suriya ilə bağlı bəyanatı baş verənlərin məmləkətimizlə də əlaqəsinin olduğunu göstərir: “Strateji müttəqimiz Türkiyənin Suriyada mövqelərinin güclənməsi bölgədəki vəziyyəti dəyişmək iqtidarındadır.
Rusiya və İran Suriyada yanlış tərəfi seçdilər və itirdilər. Türkiyə Əsəd rejiminə qarşı dirəndi və qazandı.
Rusiya və İranı gələcəkdə başqa məğlubiyyətlər də gözləyir. Qalibin və haqlının yanında olmalıyıq.
Elxan Şahinoğlu Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 15-ci Səfirlər Konfransındakı çıxışında söylədiyi “Qarabağın işğaldan azad edilməsi nəticəsində yaranan tarixi imkanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə nəticələnməsini arzu edirik” cümləsinin də əhəmiyyəti var.