Icma.az
close
up
RU
Əsəd devrildi: Mürəkkəb proseslər başlayır Bakı məcburdur

Əsəd devrildi: Mürəkkəb proseslər başlayır Bakı məcburdur

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Suriyada baş verənlərin fonunda Hikmət Hacıyevin İsrail rəsmiləri, eləcə də İsrail Prezidenti İshaq Hersoqla görüşü maraq doğurub. Bu səfər planlaşdırılmışdı, yoxsa son proseslərin fonunda baş tutdu? Rəsmi Bakı bu geopolitik prosesdə hansı formada iştirak edir və necə bir üstünlüyə sahibdir?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə və Azərbaycan liderlərinin son telefon danışığı zamanı Suriyadakı vəziyyətin müzakirəsi, ardınca da Azərbaycan Xarici İşlər Nazirliyinin Suriya ilə bağlı bəyanatı baş verənlərin məmləkətimizlə də əlaqəsinin olduğunu göstərir:

“Strateji müttəqimiz Türkiyənin Suriyada mövqelərinin güclənməsi bölgədəki vəziyyəti dəyişmək iqtidarındadır. Rusiya və İran Suriyada yanlış tərəfi seçdilər və itirdilər. Türkiyə Əsəd rejiminə qarşı dirəndi və qazandı. Rusiya və İranı gələcəkdə başqa məğlubiyyətlər də gözləyir. Qalibin və haqlının yanında olmalıyıq.

Elxan Şahinoğlu

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 15-ci Səfirlər Konfransındakı çıxışında söylədiyi “Qarabağın işğaldan azad edilməsi nəticəsində yaranan tarixi imkanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə nəticələnməsini arzu edirik” cümləsinin də əhəmiyyəti var. Sülh sazişinin imzalanması ilə Türkiyənin Cənubi Qafqazda imkanları artacaq, bu isə Azərbaycanın da maraqlarına cavab verir”.

Siyasi şərhçi Asif Nərimanlı isə deyib ki, Suriyada baş verənlər dolayısı ilə Azərbaycan üçün də maraqlıdır:

“Birincisi, Azərbaycanın strateji müttəfiqi Türkiyə prosesinin birbaşa iştirakçısıdır və Əliyevlə Ərdoğanın son telefon söhbətində məlum oldu ki, Bakı Suriyada Ankaranın yanında olacaq.

İkincisi, Suriyada Əsədin devrilməsindən sonra başlanan yeni mərhələ mürəkkəbdir və proseslərin İrana sıçraması, Cənubi Qafqaz regionuna da təsirsiz ötüşməməsi gözləntiləri var.

Asif Nərimanlı

Bu kontekstdə Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi hadisələrin inkişafını müəyyənləşdirmək, həm özünün, həm də regionun təhlükəsizliyini düşünmək məcburiyyətindədir. Bakı bütün tərəfdaşları, xüsusilə də hadisələrə birbaşa təsiri olanlarla təmasları intensivləşdirir. Fikrimcə, Bakı-Təl-Əviv arasındakı təmaslar da bundan qaynaqlanır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri