Əsəd getdi, “Kaptaqon Respublikası” bitdi: 5 milyard dollar qazanırdı | Icma.az
Icma.az, Gununsesi portalına istinadən məlumat verir. Bəşər Əsəd Suriyadan qaçdıqdan sonra ölkədə narkotik istehsalının dayanacağı gözlənili
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya Captaqondan ildə ən azı 5 milyard dollar gəlir əldə edirdi.
Captagon Əsəd administrasiyasına bağlı qruplar üçün ən əhəmiyyətli gəlir mənbəyi idi və Əsədin qardaşının rəhbərlik etdiyi 4-cü Diviziya narkotik ticarətinin qərargahı olaraq xarakterizə edilirdi.
Əsədin iki əmisi oğlu da biznesə rəhbərlik edirdi və bir müddət sanksiyaların hədəfinə çevrilmişdi.
HTŞ lideri Colani də Dəməşqə girərkən verdiyi ilk açıqlamalarında Əsəd rəhbərliyinin Captagon ticarəti ilə sağ qaldığını söylədi.
Həb və ya toz şəklində satılan Captagon, Yaxın Şərqdə məşhur olan, yüksək dərəcədə asılılıq yaradan, amfetamin kimi bir dərmandır.
Suriya və Livanda istehsal olunan bu dərman xüsusilə Səudiyyə Ərəbistanında böyük bazara malikdir.
Əsas tranzit marşrutu Suriya vasitəsilə İordaniyadır . İordaniya uzun illərdir suriyalı narkotik tacirləri ilə mübarizə aparmağa çalışır.
Tam oxu
Xəbəri oxu