Icma.az
close
up
RU

Əsəd getdi, “Kaptaqon Respublikası” bitdi: 5 milyard dollar qazanırdı

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Bəşər Əsəd Suriyadan qaçdıqdan sonra ölkədə narkotik istehsalının dayanacağı gözlənilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya Captaqondan ildə ən azı 5 milyard dollar gəlir əldə edirdi.

Captagon Əsəd administrasiyasına bağlı qruplar üçün ən əhəmiyyətli gəlir mənbəyi idi və Əsədin qardaşının rəhbərlik etdiyi 4-cü Diviziya narkotik ticarətinin qərargahı olaraq xarakterizə edilirdi.

Əsədin iki əmisi oğlu da biznesə rəhbərlik edirdi və bir müddət sanksiyaların hədəfinə çevrilmişdi.

HTŞ lideri Colani də Dəməşqə girərkən verdiyi ilk açıqlamalarında Əsəd rəhbərliyinin Captagon ticarəti ilə sağ qaldığını söylədi.

Həb və ya toz şəklində satılan Captagon, Yaxın Şərqdə məşhur olan, yüksək dərəcədə asılılıq yaradan, amfetamin kimi bir dərmandır.

Suriya və Livanda istehsal olunan bu dərman xüsusilə Səudiyyə Ərəbistanında böyük bazara malikdir. Əsas tranzit marşrutu Suriya vasitəsilə İordaniyadır . İordaniya uzun illərdir suriyalı narkotik tacirləri ilə mübarizə aparmağa çalışır.

Son illərdə Böyük Britaniya, ABŞ və Avropa Birliyi bəzi şəxslərə, o cümlədən Bəşər Əsədin iki əmisi oğluna Captagon ticarətində iştirak etməkdə şübhəli bilinərək sanksiyalar tətbiq etməyə başlayıb. Suriyanın narkotik dövlətinin bir çox yüksək səviyyəli liderlərinin narkotik ticarəti ilə məşğul olduğuna dair sübutlar var.

Məsələn, Əsədin kiçik qardaşının rəhbərlik etdiyi 4-cü diviziya tamamilə qaçaqmalçılıqla məşğul olan birlik kimi tanınırdı. 4-cü diviziya Suriya ordusunun elit bölməsidir. Onun missiyası hökuməti daxili və xarici təhlükələrdən qorumaqdır. Diviziyaya 2018-ci ildən prezident Bəşər Əsədin kiçik qardaşı Maher Əsəd rəhbərlik edir. Qərb ölkələri Suriyada vətəndaş müharibəsi zamanı nümayişləri qəddar üsullarla yatırtdığı üçün Maher Əsədə qarşı sanksiyalar tətbiq edirdi. Kimyəvi silahdan istifadə ilə bağlı iddialarda Mahir Əsədin də adı hallanır.

Artıq Əsəd ailəsinin narkotik ticarəti ilə məşğul olduğuna dair daha çox dəlil var idi. Hassan Daqqou adlı livanlı və suriyalı kişiyə qarşı açılan işdə mətbuat müttəhimi “Kaptaqon kralı” adlandırıb. 2021-ci ildə Livanda baxılan işdə Daqqou Malayziyada külli miqdarda narkotik ələ keçirildikdən sonra Captagon ticarətində günahkar bilinib. Daşınma çərçivəsində bazar dəyərinin 1 milyard ilə 2 milyard dollar arasında dəyişdiyi təxmin edilən təxminən 100 milyon həb Səudiyyə Ərəbistanına göndərilməli idi. Buna görə də əməliyyat tarixin ən böyük narkotik basqınlarından birinə çevrildi. Daqqou davada Suriya ordusunun 4-cü bölməsi ilə Kaptaqon qaçaqmalçılarına qarşı mübarizədə əməkdaşlıq etdiyini və 4-cü Diviziya şəxsiyyət vəsiqəsini dəlil olaraq məhkəməyə təqdim etdiyini bildirib.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Dekabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri