“Əsəd öldürülüb, İran dağılır” Rusiya təcili bölgədən çıxır | Icma.az
Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Suriyada baş verənlər üç-dörd münaqişənin sonu, “şər oxu”nun dağılması və ya Avropaya yeni qaçqın dalğasına səbəb ola biləcək yeni xaos dövrünün başlanğıcı baxımından bəzi dəyişikliklərə səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu 2003-cü ildə ABŞ-İraq müharibəsində iştirak etmiş Britaniya ordusunun keçmiş zabiti, analitik Tim Kollinz "The Telegraph"a deyib.
Ekspertin fikrincə, bu ssenarilərdən hansının real şəkil alacağına yaxın günlərdə aydınlıq gələcək: "Artıq Əsəd rejimi devrilib.
Onun taleyi naməlum olaraq qalır, baxmayaraq ki, təyyarəsinin düşmənləri tərəfindən atılan Rusiya raketi ilə vurulması nəticəsində (Moskvada olması iddiasına baxmayaraq) ölməsi ehtimalı da var.
Rusiya Tartus və yaxınlıqdakı bazalarını təcili olaraq boşaldır.
Bu, Rusiyanın Aralıq dənizinin isti sularına strateji çıxış imkanını itirməsidir, çünki İstanbul boğazları (Türkiyə) Ukraynadakı müharibə səbəbindən Rusiya hərbi gəmiləri üçün bağlıdır.
Tehran rejimi çətin vəziyyətə düşüb. Mollaların regional imperiyası gözümüzün qabağında dağılır, bu, daxili iğtişaşlara səbəb ola bilər.
Tam oxu
Xəbəri oxu