Icma.az
close
up
RU
“Əsəd öldürülüb, İran dağılır” Rusiya təcili bölgədən çıxır

“Əsəd öldürülüb, İran dağılır” Rusiya təcili bölgədən çıxır

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyada baş verənlər üç-dörd münaqişənin sonu, “şər oxu”nun dağılması və ya Avropaya yeni qaçqın dalğasına səbəb ola biləcək yeni xaos dövrünün başlanğıcı baxımından bəzi dəyişikliklərə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu 2003-cü ildə ABŞ-İraq müharibəsində iştirak etmiş Britaniya ordusunun keçmiş zabiti, analitik Tim Kollinz "The Telegraph"a deyib.

Ekspertin fikrincə, bu ssenarilərdən hansının real şəkil alacağına yaxın günlərdə aydınlıq gələcək:

"Artıq Əsəd rejimi devrilib. Onun taleyi naməlum olaraq qalır, baxmayaraq ki, təyyarəsinin düşmənləri tərəfindən atılan Rusiya raketi ilə vurulması nəticəsində (Moskvada olması iddiasına baxmayaraq) ölməsi ehtimalı da var. Rusiya Tartus və yaxınlıqdakı bazalarını təcili olaraq boşaldır. Bu, Rusiyanın Aralıq dənizinin isti sularına strateji çıxış imkanını itirməsidir, çünki İstanbul boğazları (Türkiyə) Ukraynadakı müharibə səbəbindən Rusiya hərbi gəmiləri üçün bağlıdır.

Tehran rejimi çətin vəziyyətə düşüb. Mollaların regional imperiyası gözümüzün qabağında dağılır, bu, daxili iğtişaşlara səbəb ola bilər. İranın İsrail və Qərbə hücum etmək üçün proksi qruplardan istifadə cəhdləri fəlakətlə nəticələnib. HƏMAS xeyli zəifləyib, “Hizbullah” dağıdıcı itkilərə məruz qalıb, Suriyaya nəzarət itirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz təsir imkanlarını genişləndirmək üçün yeni imkanlar əldə edir, həmçinin kürd qruplarının ambisiyaları ucbatından risklərlə üzləşir. Kürdlər Suriyadakı daxili parçalanmalardan qalib çıxa bilsələr, İrandan Aralıq dənizinə qədər yeni təsir dairəsi yarada bilərlər. Amma onların liderləri arasındakı ziddiyyətlərə görə bu, çətin iş olaraq qalır”.

Kollinz İsrailin də Suriya məsələsinə yanaşmasına diqqət çəkib:

“İsrail hələlik Suriyadakı hadisələrə müdaxilə etməyə hazır olduğunu bildirməyib, amma sərhədlərindəki vəziyyət diqqət tələb edir. Livan üçün “Hizbullah”ın süqutu yeni vətəndaş müharibəsi ehtimalı da daxil olmaqla həm perspektivlər, həm də risklər açır.

Co Bayden administrasiyasının zəifliyi ABŞ-ın yeni şəraitdən səmərəli istifadə etmək qabiliyyətinə şübhələr yaradır. Həmçinin Donald Trampın qayıdışı vəziyyəti dəyişə bilər. ABŞ-ın bölgədə sabitliyin bərqərar olması üçün İraqdakı mötədil qüvvələri dəstəkləmək şansı var”.

Analitik iddia edir ki, Suriya, Livan, Qəzza və Yəməndəki müharibələr sona çatmaq üzrədir:

“Ukraynada da müharibənin dayandırılması mümkündür. Qarşıdakı həftələrdə bu dəyişikliklərdən hansı qüvvələrin yararlana biləcəyi müəyyənləşəcək. Bu dövr müasir tarixdə sonrakı nəsillər tərəfindən təhlil ediləcək mühüm bir fəsil olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 09 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri