Əsgər yığıncağından qayıdarkən qəzaya düşən uşaq öldü: Atası da 3 gün əvvəl həlak olmuşdu KONKRET

26.04.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Şəkidə 3 gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 9 yaşlı uşaq həyatını itirib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, aprelin 22-də gecə saatlarında baş verən qəza nəticəsində xəsarət alan 9 yaşlı Kənan Şirəlizadə xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, qəzaya düşənlər yaxın qohumun əsgər gedən övladı üçün təşkil edilmiş yığıncaqdan qayıdırmışlar. 1981-ci il təvəllüdlü Təvəkkül Şirəliyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu K.Şirəlizadə isə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью