Əsgər yığıncağından qayıdarkən qəzaya düşən uşaq öldü: Atası da 3 gün əvvəl həlak olmuşdu KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Şəkidə 3 gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 9 yaşlı uşaq həyatını itirib.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, aprelin 22-də gecə saatlarında baş verən qəza nəticəsində xəsarət alan 9 yaşlı Kənan Şirəlizadə xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, qəzaya düşənlər yaxın qohumun əsgər gedən övladı üçün təşkil edilmiş yığıncaqdan qayıdırmışlar. 1981-ci il təvəllüdlü Təvəkkül Şirəliyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu K.Şirəlizadə isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Aprel 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















