Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zaman-zaman həqiqi hərbi xidmət dövrünün ali təhsilli şəxslər üçün 1 ildən 6 aya endiriləcəyi ilə bağlı müzakirələr dolaşır.
Bakalavr, üstəlik magistr təhsili alan oğlanlar da müddətin 6 ay qısaldılmasını ümid edirlər.
Həqiqi hərbi xidmət müddətinin qısaldılmasına həqiqətən də ehtiyac varmı?
Turkustan.az xəbər verirki, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu Lent.az-a açıqlamasında qeyd edib ki, əsgərlik dövrünün qısaldılması məsələsinə baxmaq üçün əvvəlcə Ermənistanla sülh sazişi imzalamaq lazımdır: “Azərbaycanda həqiqi hərbi xidmətə çağırışla bağlı qanun qüvvədədir.
Bu qanun optimal müddətdə ordumuzun şəxsi heyətinin formalaşdırılmasını səmərəli formada təmin edə bilir.
Nəzərə alsaq ki, hazırda Azərbaycan öz ərazi bütövlüyünü, suverən hüquqlarını bərpa etsə də, hələ müharibə bitmiş hesab edilə bilməz, çünki biz sülh sazişi imzalamamışıq.
Söhbət o ölkədən gedir ki, onlat Azərbaycanın ərazi bütövlüyünü pozub, 30 il müddətində torpaqlarımızın 20%-ni işğal altında saxlayıb.