Icma.az
close
up
RU
Əsgərlik 6 ay ola bilər BU TARİXDƏN ETİBARƏN

Əsgərlik 6 ay ola bilər BU TARİXDƏN ETİBARƏN

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zaman-zaman həqiqi hərbi xidmət dövrünün ali təhsilli şəxslər üçün 1 ildən 6 aya endiriləcəyi ilə bağlı müzakirələr dolaşır. Bakalavr, üstəlik magistr təhsili alan oğlanlar da müddətin 6 ay qısaldılmasını ümid edirlər.

Həqiqi hərbi xidmət müddətinin qısaldılmasına həqiqətən də ehtiyac varmı?

Turkustan.az xəbər verirki, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu Lent.az-a açıqlamasında qeyd edib ki, əsgərlik dövrünün qısaldılması məsələsinə baxmaq üçün əvvəlcə Ermənistanla sülh sazişi imzalamaq lazımdır:

“Azərbaycanda həqiqi hərbi xidmətə çağırışla bağlı qanun qüvvədədir. Bu qanun optimal müddətdə ordumuzun şəxsi heyətinin formalaşdırılmasını səmərəli formada təmin edə bilir. Nəzərə alsaq ki, hazırda Azərbaycan öz ərazi bütövlüyünü, suverən hüquqlarını bərpa etsə də, hələ müharibə bitmiş hesab edilə bilməz, çünki biz sülh sazişi imzalamamışıq. Söhbət o ölkədən gedir ki, onlat Azərbaycanın ərazi bütövlüyünü pozub, 30 il müddətində torpaqlarımızın 20%-ni işğal altında saxlayıb. Ermənistan bu gün də passiv olsa da, yeni silahlarla təchiz edilmiş ordu qurmağa cəhd edir. Bir neçə gün bundan öncə Hindistandan yeni raket qurğularının alınması da bunun əyani sübutlarından biridir. Ona görə də çağırış şəxsiyyətin kontetləşdirilməsi və silah təchizatı məhz düzgün formada aparıldığı üçün biz güclü ordu yarada bildik. Regionumuzda sülh tam bərqərar olmayana qədər bu nizamın pozulması bəlkə də doğru olmaya bilər, ona görə də bir qədər zamana ehtiyac var.

Önümüzdəki bir neçə ay içərisində Ermənistanla sülh müqaviləsi imzalanarsa və onun şərtlərində ordu sayı və silahlanma ilə bağlı məqbul elementlər öz əksini taparsa, yalnız bu zaman hərbi xidmətə gedən ali təhsilli gənclərimizin xidmət dövrünün qısaldılması məsələsi aktullaşa bilər. Hələlik isə buna ehtiyac yoxdur, üstəlik Azərbaycan gəncləri mütləq orduda qulluq keçmək arzusunda olurlar. Onlar ölkəmizin təhlükəsizliyinə töhfə verməyə çalışırlar. 44 günlük Vətən müharibəsində hərbi çağırış məntəqələri qarşısında istər təhsilli, istərsə də təhsilsiz gənclərin orduda xidmət üçün növbədə dayandıqlarını gördük. Mənim fikrimcə, gənclərin ictimai əhval-ruhiyyəsi də hələlik xidmət dövrünün məhdudlaşdırılmasının lehinə deyil. Təhlükəsizliyimiz nə zaman tam təmin edilsə, hərbi çağırışda yeni müxtəlif formalar tətbiq oluna bilər”.

Bəs görəsən, qanuna dəyişikliklə bağlı Milli Məclisdə hər hansısa müzakirələr aparılıbmı? Yaxud bununla bağlı addımların atılması gözlənilirmi?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Lent.az-a açıqlamasında bildirib ki, hərbi xidmət müddətinin 6 aya endirilməsi müzakirə edilmir:

“Milli Məclisdə bu barədə təklif müzakirə edilmir. Qanunvericilikdə nəzərdə tutulduğu kimi orta təhsilli şəxslər 1 il 6 ay, ali təhsillilər isə 1 il müddətində həqiqi hərbi xidmət keçirlər”,-deyə, deputat fikrini yekunlaşdırıb.

Məsələ ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Lent.az-a açıqlamasında bildirib ki, elmlə, təhsillə məşğul olmaq istəyən şəxslərin hərbi xidmət müddəti 6, hətta 3 aya endirilməlidir:

“Hərbi xidmət müddətinin 6 aya endirilməsi sosial şəbəkələrdə və mətbuatda ara-sıra müzakirə olunur. Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılmasının mən də tərəfdarıyam. Özünü hərbidə görməyən adamı zorla, aylarla əsgərlikdə saxlamaq, onun elmə və seçdiyi peşəyə həvəsinin azalması deməkdir. Ali təhsillilərin xidmət müddətinin 1 il 6 aydan, 1 ilə endirilməsi qərarının verilməsi çox müsbət hal idi, lakin mən onun qardaş ölkə, Türkiyədəki kimi 6, hətta 3 aya endirilməsinin tərəfdarıyam. Bunun üçün həm də Azərbaycanda alternativ xidmət haqqında qanun qəbul olunmalıdır. Bu qanundan sonra insanlar özləri seçim etmək məcburiyyətində qalacaqlar.

Qanunvericilik orqanı nümayəndələri bu məsələ haqqında ictiamiyyət nümayəndələri, güc strukturlarının səlahiyyətli şəxsləri ilə müzakirələr aparsalar, ortaq məxrəcə gələ bilərlər. İnsan əgər özünü hərbidə yox, elmdə, mədəniyyətdə görürsə, ona şərait yaradılmalı, konstitusion hüququna hörmətlə yanaşılmalıdır”.

Ekspert bildirib ki, qanunvericilikdəki boşluqlar çağırış zamanı problemlər yaradır:

“Türkiyədə hərbi sahədə xeyli əlavələr və güzəştlər var. Bizdə qanunvericilikdə bir böyük boşluq yaranıb. Bakalavr təhsili almış şəxs magistratura oxumadan birbaşa doktoranturaya qəbul ola bilir. Müvafiq qurumlar isə onlardan magistraturanın diplomunu tələb edirlər. Diploma magistratura və doktorantura sözü yazılmalıdır ki, çağırış zamanı problem yaranmasın. Doktoranturada təhsil alan gənclərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti irad bildirir ki, bizim qanunda belə bir şey yoxdur, doktorantura yalnız magistraturadan sonra oxuna bilər. Bəs necə olur ki, orta məktəbdə 1-2-3-cü sinifdə oxuyan uşağı birdən-birə dördüncü, beşinci sinfə qəbul edirlər? Burada əsas məsələ bacarıq, fitri istedaddır. Lakin bizim qanunda olan boşluq problem yaradır. Ona görə də, hesab edirəm ki, Azərbaycanda hərbi xidmət müddəti azaldılmalı və dünyanın mütərəqqi ölkələrində tətbiq olunan metodlar bizdə də həyata keçirilməlidir”,deyə, Ü.Cəfərov fikrini yekunlaşdırıb.

Qonşu ölkələrdə vəziyyət necədir? Orada əsgərlik müddəti neçə ildir?

Azərbaycanın qonşu ölkələrindən olan Rusiyada və Gürcüstanda ali təhsilli olmasından asılı olmayaraq çağırışçıların hərbi xidmət dövrü 1 ildir. Ermənistanda 2 il, İranda 18-24 aydır. Türkiyədə isə bu müddət 6 aydır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Yanvar 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri