Əsgərlik yaşının azaldılması təsdiqləndi | Icma.az
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məlumdur ki, Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik haqqında qanunu üçüncü -son oxunuşda qəbul edib.
Həmin dəyişikliklərdən biri əsgərlik yaşının son həddinin 35 yaşdan 30-a endirilməsi idi.
Beləliklə, bundan sonra həqiqi hərbi xidmətə çağırışın son yaşı 30, xidmətdə olmanın son yaş həddi həqiqi hərbi xidmətə çağırılanlar üçün 31,5 yaş müəyyən olunub.
Prezident İlham Əliyev bu dəyişikliyi təsdiqləyib və qanun artıq tam mənada qüvvəyə minib.
Bununla bağlı Azərbaycanın bir sıra qanunlarına da dəyişiklik edilib.
Bunlar Cinayət Məcəlləsi, Miqrasiya Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Əhalinin sağlamlığının qorunması haqqında", "Psixatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişikliklər və əlavələrdir.
Prezident İlham Əliyev bu qanunları da yeni ilə saxlamayıb, dərhal təsdiqləyib.
Tam oxu
Xəbəri oxu