Icma.az
close
up
RU
Əsgərlik yaşının azaldılması təsdiqləndi

Əsgərlik yaşının azaldılması təsdiqləndi

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlumdur ki, Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik haqqında qanunu üçüncü -son oxunuşda qəbul edib. Həmin dəyişikliklərdən biri əsgərlik yaşının son həddinin 35 yaşdan 30-a endirilməsi idi.

Beləliklə, bundan sonra həqiqi hərbi xidmətə çağırışın son yaşı 30, xidmətdə olmanın son yaş həddi həqiqi hərbi xidmətə çağırılanlar üçün 31,5 yaş müəyyən olunub. Prezident İlham Əliyev bu dəyişikliyi təsdiqləyib və qanun artıq tam mənada qüvvəyə minib.

Bununla bağlı Azərbaycanın bir sıra qanunlarına da dəyişiklik edilib. Bunlar Cinayət Məcəlləsi, Miqrasiya Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Əhalinin sağlamlığının qorunması haqqında", "Psixatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişikliklər və əlavələrdir. Prezident İlham Əliyev bu qanunları da yeni ilə saxlamayıb, dərhal təsdiqləyib. Məqsəd isə ordu quruculuğunu daha yüksək mərhələyə daşımaqdır.

Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər hərbi çağırışla, səfərbərliklə bağlı neqativ hallarla mübarizəni gücləndirmək məqsədilə təkmilləşdirilib. Hərbi xidmətdən boyun qaçırma, eləcə də,nsağlamlıq və ya başqa səbəblər adı ilə çağırışçıların hərbi xidmətdən yayındırılmasına görə cəzalar daha da sərtləşdirilib. Eyni zamanda dəyişikliklərin bir hissəsi hərbi xidmətin keyfiyyətini və xidmətə nəzarəti daha da yüksəltməyə yönəlib.

Bir nüansa da diqqət edək: indiyə qədər müxtəlif səbəblərdən hərbi xidmət keçməmiş, yaşı 30-un üzərində olan xeyli şəxslər var. Onların arasında dövlət qulluğuna qəbul olunmaq istəyənlər də, təbii ki var, olacaq. Bir sıra qurumlsr hərbi bilet də tələb edir. Ümumiyyətlə, təkcə yaş senzinə görə deyil, başqa səbəblərdən də qanunla hərbi xidmətdən azad olunmuş şəxslərə öz arzuları ilə hərbi xidmətə və ya alternativ xidmətə getmə imkanı tanınır.

Bütöblükdə son dəyişiklikləri əhali də müsbət qarşıladı. Xüsusilə, intellektual səviyyəsi daha yüksək olan çağırışçıların bilik və xüsusi bacarıqlarından daha səmərəli istifadə edilməsi böyük maraq və rəğbət doğurub. Bu qərarlar Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını daha da yüksəltməyə yönəlib

Seyid Əhmədli,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri