Əşi, əl çək də! | Icma.az
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Deyəndə ki, çoxlarımız geridə qalmışıq, məni qınayırlar ki, sən özün geridə qaldığın üçün müasirliyi görə bilmirsən.
Dedim axı necə edim ki, özümə bir çəki-düzən verim, mən də müasirləşim, öndə olanların cərgəsinə qoşulum.
Fikirləşdim ki, gözlərimi dörd açmalıyam bundan sonra. Gör-götür dünyasıdır. Baxım, görüm, nə görürəm?..
Şənbə günü metroda qatara girən kimi gözlərimi dörd açdım ki, bu müasirliklərdən bəlkə bir-ikisini əxz edəm.
Baxdım ki, qarşımda bir ana, bir də 5-6 yaşında olan balası əyləşib. Ana özündən razı, müasirliyi ilə ətrafdakılara meydan oxuyan biri idi.
Hələ onu da düşündüm ki, görən bunun metroda nə işi var, yoxsa bizim kimi onun da maşını yoxdur, ya da ki, şəhərdəki “probkadan” cana gəlib yerin üstündən imtina edib, altına girib.
Nə isə, uzun sözün qısası, bu ana-balanın hər birinin əlində iri bir smartfon var idi. Uşaq səsli-küylü bir oyun oynayırdı.
Tam oxu
Xəbəri oxu