Icma.az
close
up
RU
Əşi, əl çək də!

Əşi, əl çək də!

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Deyəndə ki, çoxlarımız geridə qalmışıq, məni qınayırlar ki, sən özün geridə qaldığın üçün müasirliyi görə bilmirsən. Dedim axı necə edim ki, özümə bir çəki-düzən verim, mən də müasirləşim, öndə olanların cərgəsinə qoşulum. Fikirləşdim ki, gözlərimi dörd açmalıyam bundan sonra. Gör-götür dünyasıdır. Baxım, görüm, nə görürəm?..

Şənbə günü metroda qatara girən kimi gözlərimi dörd açdım ki, bu müasirliklərdən bəlkə bir-ikisini əxz edəm. Baxdım ki, qarşımda bir ana, bir də 5-6 yaşında olan balası əyləşib. Ana özündən razı, müasirliyi ilə ətrafdakılara meydan oxuyan biri idi. Hələ onu da düşündüm ki, görən bunun metroda nə işi var, yoxsa bizim kimi onun da maşını yoxdur, ya da ki, şəhərdəki “probkadan” cana gəlib yerin üstündən imtina edib, altına girib.

Nə isə, uzun sözün qısası, bu ana-balanın hər birinin əlində iri bir smartfon var idi. Uşaq səsli-küylü bir oyun oynayırdı. Ana da telefonda elə məşğul idi ki, başını qaldırıb ətrafa nədir, uşağına da aradabir baxmırdı. Birdən uşağın əli nəyəsə toxundu və yəqin ki oyun itdi. Anasını dümsüklədi. Ana da uşağın üzünə belə baxmadı. Çiyinlərindən qırqovul kimi yapışıb, o tərəfindən götürüb bu tərəfinə qoydu. Yox, qoymadı, çırpdı və “əşi, əl çək də”,- deyərək elə ucadan bir səs çıxardı ki, hamı çönüb onlara baxdı.

Uşaq da qəfil zərbədən elə bil “zıq” elədi və səsini kəsdi. Düzdür, yenə telefonda nəyəsə baxırdı. Amma qorxudan ta anadan heç nə soruşmadı.

Ananın da qaş-qabağı yernən gedir. Özü başdan-ayağa ağappaq geyinsə də, deyirsən bəs, Qara dənizdə gəmiləri batıb. Elə bu zaman qatar dayandı. Ana uşağın qolundan yenə qırqovulsayağı dartıb qatarın qapısından bayıra atdı.

Dedim bax, bu da mənim əməlim. Saki gözlərimi dörd açmışam, gördüyümə bax. Düzü, gördüyüm mənzərə heç xoş olmadı. Nə deyirsiniz, mən də müasir olmaq üçün belə edim? Azyaşlı uşağın əlinə telefon verib müasir ailə modeli yaradım? Verə bilmərəm. Birini də özüm alım əlimə, uşaqdan xəbərim olmasın? Edə bilmərəm. Uşaq bir söz soruşanda onu ora-bura çırpım? Yox, əsla edə bilmərəm. Özüm də başdan-ayağa ağappaq geyinim ki, mən müasirəm, dəblə ayaqlaşıram, hamıdan fərqliyəm? Bunu da edə bilmərəm. Çünki gözümlə gördüm ki, ağ necə də tez ləkə götürür.

Yox, yox ay bacılar, qardaşlar, məni anlayın, başa düşün. Mən çöldəki müasirlikdən yox, içəridəkindən istəyirəm. İçərini də görə bilmədiyim üçün, deməli, mən həmişə geridə qalmış olacağam.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri