Əsir mübadiləsinin başlama vaxtı açıqlandı: Zelenski daha nələr dedi? | Icma.az
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirilənədək müvəqqəti atəşkəs elan olunmasını təklif edib.
Globalinfo.az “Reuters“ə istinadla xəbər verir ki, bu barədə Zelenski Kiyevdə keçirilən brifinq zamanı danışıb.
“İnanıram ki, tərəfdaşlarımız da bu təklifi dəstəkləyə bilər: Rusiya ilə liderlər səviyyəsində görüş baş tutana qədər atəşkəsə razılaşaq.
Bu zaman insanlar anlayacaq ki, xalqların, Avropanın, Ukraynanın və bütün dünyanın müharibəyə son qoymaq şansı var”, – o bildirib.
O qeyd edib ki, atəşkəs rejiminin monitorinq mexanizmi görüşdə müzakirə oluna bilər.
Zelenski bildirib ki, bu ideyanın ABŞ Prezidenti Donald Tramp tərəfindən də dəstəklənməsi onlar üçün sevindirici olar.
Qeyd edək ki, Rusiya həm Ukraynanın, həm də Qərbin atəşkəslə bağlı çağırışlarına qarşı çıxır və əvvəlcədən müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir.
Tam oxu
Xəbəri oxu