Icma.az
close
up
RU
Əsir mübadiləsinin başlama vaxtı açıqlandı: Zelenski daha nələr dedi?

Əsir mübadiləsinin başlama vaxtı açıqlandı: Zelenski daha nələr dedi?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirilənədək müvəqqəti atəşkəs elan olunmasını təklif edib.

Globalinfo.az “Reuters“ə istinadla xəbər verir ki, bu barədə Zelenski Kiyevdə keçirilən brifinq zamanı danışıb.

“İnanıram ki, tərəfdaşlarımız da bu təklifi dəstəkləyə bilər: Rusiya ilə liderlər səviyyəsində görüş baş tutana qədər atəşkəsə razılaşaq. Bu zaman insanlar anlayacaq ki, xalqların, Avropanın, Ukraynanın və bütün dünyanın müharibəyə son qoymaq şansı var”, – o bildirib.

O qeyd edib ki, atəşkəs rejiminin monitorinq mexanizmi görüşdə müzakirə oluna bilər.

Zelenski bildirib ki, bu ideyanın ABŞ Prezidenti Donald Tramp tərəfindən də dəstəklənməsi onlar üçün sevindirici olar.

Qeyd edək ki, Rusiya həm Ukraynanın, həm də Qərbin atəşkəslə bağlı çağırışlarına qarşı çıxır və əvvəlcədən müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir. Vladimir Putin yenidən bildirib ki, hər hansı atəşkəs Qərbdən daha çox silah almaq üçün Kiyev tərəfindən vaxt qazanmaq məqsədi daşıyacaq.

Putin həmçinin Ukraynanı Rusiyanın ərazisində yerləşən körpülərə ölümcül hücumlar sifariş etməkdə ittiham edib. Qeyd edək ki, hücumlar nəticəsində 7 nəfər həlak olub, 115 nəfər yaralanıb.

Zelenski əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna, Rusiya, ABŞ və Türkiyə prezidentləri arasında yüksək səviyyəli görüş ideyasını dəstəkləyib.

Zelenski həftəsonu əsir mübadiləsinin başlanacağını bildirib:

“Rusiya tərəfi bizi məlumatlandırıb ki, bu şənbə və bazar günü 500 nəfəri qaytara bilər”.

Ukrayna müdafiə naziri Rustem Umerov daha əvvəl bildirib ki, növbəti mübadilə əsasən ağır yaralılar, gənclər və həlak olmuş hərbçilərin cəsədləri ilə bağlı olacaq.

Zelenski həmçinin vurğulayıb ki, Kiyev İstanbuldakı görüşdən öncə Moskvaya sənəd göndərsə də, hələlik cavab almayıb. O, Rusiyanın cavab təkliflərini isə “ultimatum” adlandırıb.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 İyun 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri