Əsl müəllim haqqında nəğmə

18.11.2026

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəran Dövlət Universitetinin İnformasiya, kommunikasiyavə Kitabxana Mərkəzinin direktoru, baş müəllim ƏnvərŞahqubadbəyli Ənvər Şahqubadbəylinin 65 illiyinə

Əsl müəllim... Kimdir o? fərq nədədir?

Ölçülər, mizanlar harda kəsişir?

El gözüylə baxın, o tərəzidir, 

Pərsəngin pozmasan, düzü düz çəkir.

Yaxşı müəllimdir, həm yaxşı dostdur,

Tələbə sevgisi könül varıdır.

Ənvərin sevgisi təmənnasızdır,

Tələbə sağ olu mükafatıdır.

Əlini rüşvətə bulaşdırmayıb,

Təmizlik binadan mayası onun. 

Heç vaxt halalına haram qatmayıb,

Şahlıq zirvəsinə çatıb ömrünün.

Belə şax duruşu, əyilməzlyi,

Ata-babasından öyrənib Ənvər.

Bu fani dünyanın var hərisliyi

Bilir ki, fanidir, gəlib də gedər.

Bizdən nə qalacaq? Yaxşılıq-yaman,

İnsanın qiyməti əməlindədir.

65 ilində Lövhi-məhfuzdan

Vəhy gəldi: dəftərin sağ əlindədir!

65! Tarixçün kiçik zərrədir,

Şərəflə sən çatdın bu yaşa, müəllim!

Halallıq yoluyla ucalmaq nədir, 

Göstərdin, sevildin, min yaşa, müəllim!

Tarının səsini, xoş ahəngini

De, quru sözlərə necə sığdırım?

Bitib tükənməyən həyat eşqini,

Dost, hansı sözlərlə mənalandırım?

Bütün LDU səni çox istəyir bil, 

Fərqi yox, tələbə, ya da müəllim! 

Altmış beş yaşını təbrikə gəlib, 

100 yaşa deyirik, Ənvər müəllim!

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru, dosent.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью