Əsl müəllim haqqında nəğmə
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lənkəran Dövlət Universitetinin İnformasiya, kommunikasiyavə Kitabxana Mərkəzinin direktoru, baş müəllim ƏnvərŞahqubadbəyli Ənvər Şahqubadbəylinin 65 illiyinə
Əsl müəllim... Kimdir o? fərq nədədir?
Ölçülər, mizanlar harda kəsişir?
El gözüylə baxın, o tərəzidir,
Pərsəngin pozmasan, düzü düz çəkir.
Yaxşı müəllimdir, həm yaxşı dostdur,
Tələbə sevgisi könül varıdır.
Ənvərin sevgisi təmənnasızdır,
Tələbə sağ olu mükafatıdır.
Əlini rüşvətə bulaşdırmayıb,
Təmizlik binadan mayası onun.
Heç vaxt halalına haram qatmayıb,
Şahlıq zirvəsinə çatıb ömrünün.
Belə şax duruşu, əyilməzlyi,
Ata-babasından öyrənib Ənvər.
Bu fani dünyanın var hərisliyi
Bilir ki, fanidir, gəlib də gedər.
Bizdən nə qalacaq? Yaxşılıq-yaman,
İnsanın qiyməti əməlindədir.
65 ilində Lövhi-məhfuzdan
Vəhy gəldi: dəftərin sağ əlindədir!
65! Tarixçün kiçik zərrədir,
Şərəflə sən çatdın bu yaşa, müəllim!
Halallıq yoluyla ucalmaq nədir,
Göstərdin, sevildin, min yaşa, müəllim!
Tarının səsini, xoş ahəngini
De, quru sözlərə necə sığdırım?
Bitib tükənməyən həyat eşqini,
Dost, hansı sözlərlə mənalandırım?
Bütün LDU səni çox istəyir bil,
Fərqi yox, tələbə, ya da müəllim!
Altmış beş yaşını təbrikə gəlib,
100 yaşa deyirik, Ənvər müəllim!
Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent.
Baxış sayı:29
Bu xəbər 18 Noyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















