Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, tanınmış elm və təhsil bilicisi, maarifçi Etibar Əliyev Feysbukda mütəmadi olaraq kitab təqdimatları həyata keçirir.E.Əliyevin növbəti kitab təqdimatı:Böyük ingilis fiziki və yazıçısı Çarlz Persi Snounun 1956-cı ildə yazdığı "İki mədəniyyət və elmi inqilab" məqaləsi Qərbdə bestsellerə çevrildi.
Həmin məqalədən: "Mənə elə gəlir ki, Qərb ziyalılarının mənəvi dünyası bir-birinə əks iki hissədə qütbləşib.
Mənəvi dünya dedikdə mən bura həm də bizim praktiki fəaliyyətimizi aid edirəm.
İndi bir-birinə əks olan qütblər barədə: bir qütbdə özlərini ziyalı adlandıran, sadəcə ədəbi ziyalılar dururdu və belə çıxırdı ki, başqa ziyalılar mövcud deyil.
Bir dəfə 30-cu illərdə Xardi təəccüblə demişdi: "Siz gördünüzmü, indi "ziyalı adamlar" sözünü necə işlədirlər?
Onun mənası elə dəyişib ki, Rezerford, Eddinqton, Dirak, Edrian və mən artıq bu yeni təyinata aid edilmirik.
Bu mənə çox təəccüblü gəlir, bəs sizə necə? Beləliklə, qütbün birində ədəbi ziyalılar, o birində isə əsas təmsilçiləri fiziklər olan alimlər