Icma.az
close
up
RU
Etibar Əliyevdən növbəti kitab təqdimatı FOTO

Etibar Əliyevdən növbəti kitab təqdimatı FOTO

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, tanınmış elm və təhsil bilicisi, maarifçi Etibar Əliyev Feysbukda mütəmadi olaraq kitab təqdimatları həyata keçirir.

E.Əliyevin növbəti kitab təqdimatı:

Böyük ingilis fiziki və yazıçısı Çarlz Persi Snounun 1956-cı ildə yazdığı "İki mədəniyyət və elmi inqilab" məqaləsi Qərbdə bestsellerə çevrildi. Həmin məqalədən: "Mənə elə gəlir ki, Qərb ziyalılarının mənəvi dünyası bir-birinə əks iki hissədə qütbləşib. Mənəvi dünya dedikdə mən bura həm də bizim praktiki fəaliyyətimizi aid edirəm. İndi bir-birinə əks olan qütblər barədə: bir qütbdə özlərini ziyalı adlandıran, sadəcə ədəbi ziyalılar dururdu və belə çıxırdı ki, başqa ziyalılar mövcud deyil. Bir dəfə 30-cu illərdə Xardi təəccüblə demişdi: "Siz gördünüzmü, indi "ziyalı adamlar" sözünü necə işlədirlər? Onun mənası elə dəyişib ki, Rezerford, Eddinqton, Dirak, Edrian və mən artıq bu yeni təyinata aid edilmirik. Bu mənə çox təəccüblü gəlir, bəs sizə necə?

Beləliklə, qütbün birində ədəbi ziyalılar, o birində isə əsas təmsilçiləri fiziklər olan alimlər dayanırlar. Onları bir-birindən "anlaşılmazlıq divarı" ayırır, gənclər arasında isə düşmənçilik və nifrət kök salıb. Onlar hansısa bir məsələyə elə fərqli yanaşırlar ki, hətta emosional planda belə ümumi dil tapa bilmirlər".

Böyük alimlər "anlaşılmazlıq divarı"nı əsərləri ilə uçurtmağa çalışırlar. Təqdim etdiyim kitab məhz bu məqsədlər üçün yazılıb. Kitabın müəllifi Şeldon Qleşou 1979-cu ildə Əbdüs Salam və Stiven Vaynberqlə birgə Fizika üzrə Nobel mükafatına layiq görülüb. Kitab orta məktəblərin yuxarı siniflərinin şagirdləri və humanitar ixtisaslar üzrə təhsil alanlar üçün nəzərdə tutulub. Kitabın adı da uğurlu seçilib: "Liriklər üçün fizika". Qleşou fizika elminin predmetini, qədim dövrlərdən indiyə qədər bu elmin təkamülünü sadə, maraqlı və cəlbedici üslubda yazıb. Qleşou bu kitabı ilə elmin populyarlaşdırılmasına misilsiz töhfə verib.

Universitet alimləri bu kitabın dilimizə tərcüməsi barədə düşünsələr, çox yaxşı olardı.

Kitab 760 səhifədir.

Sifarişlə almışam.

Kitabın orijinal adı: Sheldon L. Glashow From Alchemy to Quarks

The Study of Physics as a Liberal Art Kitab 765 səhifədir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 İyul 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri