Ətraf mühitin qorunması üçün qanunlar sərtləşdirilir Çünki təmizlik imandan gəlir... | Icm…
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tullantıların ətraf mühitə atılmasına görə cərimələrin məbləği qaldırılır.
Bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Belə ki, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atan fiziki şəxslər üç yüz manat, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər iki yüz manat, vəzifəli şəxslər min manat, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.
Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə 500 manat məbləğində cəzalandırılacaqlar.
Cərimələrin artırılması və qadağalara əməl etməyənlərin cəzalandırılması ətraf mühitin qorunmasında hansı təsirlərini göstərəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov bildirdi ki, məişət tullantılarının zibil qabılarından kənara atılmasının cərimə məbləği çox azdır.
"Digər ölkələrdə bunun üçün sərt cəzalar müəyyənləşdirilib. Buna görə də onlar belə hərəkətlər etmir və orada çirkliliyə dözümlülük yoxdur.
Tam oxu
Xəbəri oxu