Icma.az
close
up
RU
Ətraf mühitin qorunması üçün qanunlar sərtləşdirilir Çünki təmizlik imandan gəlir...

Ətraf mühitin qorunması üçün qanunlar sərtləşdirilir Çünki təmizlik imandan gəlir...

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tullantıların ətraf mühitə atılmasına görə cərimələrin məbləği qaldırılır. Bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Belə ki, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atan fiziki şəxslər üç yüz manat, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər iki yüz manat, vəzifəli şəxslər min manat, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək.

Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə 500 manat məbləğində cəzalandırılacaqlar.

Cərimələrin artırılması və qadağalara əməl etməyənlərin cəzalandırılması ətraf mühitin qorunmasında hansı təsirlərini göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov bildirdi ki, məişət tullantılarının zibil qabılarından kənara atılmasının cərimə məbləği çox azdır. 

"Digər ölkələrdə bunun üçün sərt cəzalar müəyyənləşdirilib. Buna görə də onlar belə hərəkətlər etmir və orada çirkliliyə dözümlülük yoxdur. Almaniya, Yaponiyada buna görə çox ciddi cəzalar, hətta cinayət işləri var. Məsələn, Almaniyada siqaret kötüyünün ictimai yerə atılmasına görə Kölndə 150 avroya qədər, Berlində 120 avroya qədər, Essendə 100 avroya qədər cərimə müəyyən edilib. Latviyada yolların və onların komponentlərinin tullantılarla çirkləndirilməsi faktları ilə bağlı fiziki şəxslər üçün 70-350 avro, hüquqi şəxslər üçün isə 700-2900 avro cərimə nəzərdə tutulur. İsveçdə ictimaiyyətə açıq olan yerlərdə tullantı atılmasına görə cərimə və bir ilə qədər həbs nəzərdə tutulub. Bu səbəbdən milli qanunvericilikdə də sanksiyaların sərtləşdirilməsi labüd idi.

Yəni ağırlaşdırıcı halların əlavə edilməsi insanları daha da məsuliyyətləndirəcək, ətraf mühitin qorunmasında, təmizliyin bərpasında mühüm rol oynayacaq. Bu cərimələrin müəyyənləşməsində əsas hədəf və məqsəd insanları bu cür əməllərdən çəkindirməkdir. İnsanlar çalışmalıdırlar ki, bu cür əməllərdən uzaq olsunlar. Bundan başqa aidiyyəti qurumların da üzərinə vəzifələr düşür. Onlar da yeni təklifə əsasən məişət tullantılarını vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə məsuliyyət daşımış olacaqlar", - deyə komitə sədri əlavə etdi.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev isə qeyd etdi ki, biz əgər təmiz şəhərdə, rayonda, kənddə yaşamaq istəyiriksə, mütləq ətraf mühiti, öz yaşadığımız əraziləri çirkləndirmədən qorumalıyıq.

"Məişət tullantılarının ətrafa atılması ilə bağlı qanuna dəyişikliklər nəzərdə tutulmaqdadır və biz inanırıq ki, bu qanun ətraf mühitin çirklənməsinin qarşısını almağa müsbət baxımdan xidmət göstərəcək. Vətəndaşlarımız ətraf mühiti çirkləndirməkdən, hara gəldi zibil atmaqdan çəkinəcəklər və ətraf mühiti qorumağa xidmət edəcəklər. Ancaq bildiyiniz kimi, bəzən sərt qanunlar olsa belə, vətəndaşlar fürsət düşdükdə qanunu pozmaqdan həzz alırlar. Bəzən hətta bunu qəsdən edirlər. Amma istənilən halda biz anlamalıyıq ki, biz əgər təmiz şəhərdə, rayonda, kənddə yaşamaq istəyiriksə, mütləq ətraf mühiti, öz yaşadığımız əraziləri çirkləndirmədən qorumalıyıq və bacardığımız qədər çalışmalıyıq ki, zibilləri xüsusi ayrılmış yerlərə ataq və bacardığımız qədər çalışmalıyıq ki, ətrafımızda olan insanları da bu qaydalara əməl etməyə sövq edək. Yeri gəldikdə, ictimai qınaq ön planda olmalıdır. Bütün bunlarla yanaşı, biz mütləq yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən zibillərin və məişət tullantılarının atılması üçün xüsusi yerlərin sayının artırılmasına da şərait yaratmalıyıq. Çox təəssüflər olsun ki, bəzən elə yerlər var ki, orada biz zibilləri atmaq üçün xüsusi zibil qutuları görə bilmirik və yaxud zibil qutularının qapaqsız olması nəticə etibarilə külək vasitəsilə həmin zibillərin sonradan əraziyə yayılmasına gətirib çıxarır. Həmçinin zibil qutularının çeşidlənməsi də mütləq həyata keçirilməlidir ki, insanlar zibilləri xüsusi qutulara atsınlar ki, daha sonradan həmin zibillərin çeşidlənməsi, təkrar emalı daha asanlaşsın. Həmçinin zibil qutularının mütləq qapaqlı olması zəruridir ki, şəhər mərkəzlərinə, ümumiyyətlə rayon-şəhər ərazilərinə vəhşi heyvanların gəlməsi və yaxud elə digər heyvanların məhz bu zibillərdən istifadə etməsinin də qarşısı alınsın. Çünki məhz bu yollarla bir çox xəstəliklər yayılır.

Bir sözlə, biz qanunlara əməl etməliyik. Ətraf mühitin çirklənməsinin qarşısını almalıyıq, ictimai nəzarəti gücləndirməliyik. Eyni zamanda da bu qanunlara əməl edə bilməyimiz üçün zibil qutularının sayının çox olmasına, onların əlçatan olmasına şərait yaratmalıyıq. Mən düşünürəm ki, bu sadaladığım faktorlar və amillər nəzərə alınacağı təqdirdə biz daha təmiz şəhərə, rayona və kəndə sahib ola biləcəyik. Nəticə etibarilə bu da imkan verəcək ki, ərazini bizim vətəndaşlarımız təmiz saxlasınlar və hər bir Azərbaycan vətəndaşı, hər bir sakin anlamalıdır ki, təmizlik imandan gəlir və biz çalışmalıyıq ki, tək evimizin bizə məxsus olan ərazilərin yox, ümumiyyətlə yaşadığımız planetin, yaşadığımız şəhərin, kəndin, rayonun və ölkənin təmizliyinə diqqət yetirək və buna sözdə yox, əməldə xidmət edək".

Ekoloq Sevil Yüzbaşova məsələ ilə bağlı vurğuladı ki, cərimələrlə yanaşı insanları maarifləndirmə işləri aparılmalıdır.

"Bu dəyişiklik heç nə verməyəcək, o vaxta qədər ki, insanımızda ekoloji şüur, ekoloji mədəniyyət formalaşsın. Hər tərbiyənin ailədən başlayaraq verildiyi kimi, ekoloji tərbiyə də ana tərəfindən evdən verilməyə başlamalı, təhsil ocaqlarında, bağçada, məktəbdə isə davam etdirilməlidir. Müşahidələr göstərir ki, bizim analarımızın, nənələrimizin, hətta müəllimlərimizin özlərinin ekoloji tərbiyəsi yox dərəcəsindədir. Bunun üçün də ciddi təlim-tərbiyəyə ehtiyacımız var. Bax bu istiqamətdə qanun dəyişikliyinə ehtiyacımız var. Ciddi şəkildə hər sahədə ətraf mühitin qorunması baradə təbliğat və təşviqat işləri aparılmalıdır. Televiziyalar da buna xidmət etməlidir. Qeybət verlişləri əvəzinə maarifləndirmə aparılmalıdır. Danimarka, Finlandiya və ümumiyyətlə digər inkişaf etmiş Avropa və Amerika ölkələri də bu səviyyəyə çatmaq üçün hər yolu araşdırıblar və bu uğurlu nəticəni yalnız insanları tərbiyə edərək, ekoloji tərbiyəli, mədəniyyətli bir cəmiyyət yaradıblar. Bunun sayəsində bu qədər təmiz ətraf-mühitə nail olublar. Tullantıların idarə edilməsinin tarixinə nəzər salaq: Zibillərin toplanması ilə məşğul olan ilk bələdiyyə xidməti dünyada 1200-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində yaradılıb. Dünyada ilk dəfə zibillərin toplanmasına 1315-ci ildə Fransanın paytaxtı Paris şəhərində başlanılıb. Hələ 1388-ci ildə İngiltərə Parlamenti küçələrə zibil atmağı qadağan edən qanun qəbul etmişdir.

Sizə bir misal çəkim, Nyu-York şəhərində hələ 1800-cü ildə küçələrə o qədər məişət tullantıları atılıb ki, Nyu-York bələdiyyəsi problemi həll etmək üçün küçələrdəki zibilləri yemək üçün donuzların küçələrə buraxılması barədə əmr də verib. 1897-ci ildə dünyada ilk dəfə Nyu-Yorkda zibillərin çeşidlənməsi və ikinci dəfə emal edilməsi ilə məşğul olan mərkəz açılıb. Dünyada ən böyük zibil paleqonu da elə Amerikada yerləşir. Bu araşdırmaların nəticəsi göstərir ki, bu ölkələr bu inkişafa nail olmaq üçün nə qədər zaman ərzində təkamül yolu keçmişlər. Amma bu o demək deyil ki, biz də özümüzü rahatlatmaq üçün deyək ki, bizim inkişaf etməyimiz üçün hələ zamanımız var. Xeyr, bizim zamanımız yoxdur. Bizim qarşımızda öyrənə və tətbiq edə biləcəyimiz uğurlu təcrübələr var. Biz bir saniyə belə itirmədən bu təcrübələri tətbiq etməliyik. Bu işlə qanunlar, cərimələr tətbiq etməklə yox, vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər kəs şüurlu şəkildə məşğul olmalı, əlində olan hətta bir konfet kağızını belə süpürgəçi süpürər deyə yerə atmamalıdır. Yeganə yolumuz var, o da təlim, tərbiyə ilə ciddi məşğul olub, ekoloji mədəniyytli insanlara malik müasir ölkəyə çevrilməkdir. Əsas hədəfimiz isə ətraf mühiti təmiz saxlamaq, təbii resuslardan istifadəni azaltmaq, təkrar emal etməklə iqtisadi səmərəliliyi artırmaq, insanların sağlam ətraf mühitdə yaşamasını təmin etmək və təbiəti mühafizə etmək olmalıdır".

Türkan İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Noyabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri