Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Göllər müxtəlif üsullarla və müxtəlif növ tullantılar hesabına qurudulur, onların yerində isə yeni fərdi yaşayış evləri və tikililər inşa edilir.
Son illər Bakı şəhərində və Abşeron yarımadasında bu cür halların geniş vüsət aldığı müşahidə olunur.
Ev alarkən "torpaq tarixini" yoxlayın: Ekspertlər mümkün fəlakət barədə xəbərdarlıq edirlər Belə ərazilərdən biri də Abşeron rayonu, Məmmədli kəndində yerləşən Məmmədli gölüdür.
Son illərdə gölün ərazisinin xeyli kiçildiyi diqqət çəkir. Onun qurudulması və yerində yeni fərdi yaşayış evlərinin tikilməsi ilə bağlı iddi
"Qanunsuz olaraq torpaq, daş və hər cür zir-zibil gətirib buraya tökürlər. Məqsədləri ərazini qurutmaqdır.
Bu barədə dəfələrlə yerli icra nümayəndəsinə və bələdiyyəyə müraciət etmişik. Deyirlər ki, xəbərləri yoxdur.
Halbuki onların xəbəri olmadan bu işlərin görülməsi mümkün deyil. İcazə alaraq tullantıları gətirib tökürlər.