Ev alarkən torpaq tarixini yoxlayın: Ekspertlər mümkün fəlakət barədə xəbərdarlıq edirlər
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Göllər müxtəlif üsullarla və müxtəlif növ tullantılar hesabına qurudulur, onların yerində isə yeni fərdi yaşayış evləri və tikililər inşa edilir. Son illər Bakı şəhərində və Abşeron yarımadasında bu cür halların geniş vüsət aldığı müşahidə olunur.
Ev alarkən "torpaq tarixini" yoxlayın: Ekspertlər mümkün fəlakət barədə xəbərdarlıq edirlər
Belə ərazilərdən biri də Abşeron rayonu, Məmmədli kəndində yerləşən Məmmədli gölüdür. Son illərdə gölün ərazisinin xeyli kiçildiyi diqqət çəkir. Onun qurudulması və yerində yeni fərdi yaşayış evlərinin tikilməsi ilə bağlı iddialar səsləndirilir.
"Qanunsuz olaraq torpaq, daş və hər cür zir-zibil gətirib buraya tökürlər. Məqsədləri ərazini qurutmaqdır. Bu barədə dəfələrlə yerli icra nümayəndəsinə və bələdiyyəyə müraciət etmişik. Deyirlər ki, xəbərləri yoxdur. Halbuki onların xəbəri olmadan bu işlərin görülməsi mümkün deyil. İcazə alaraq tullantıları gətirib tökürlər. Gölləri qurudurlar, sonra isə həmin sahələri satırlar. Yerində evlər tikilir - altı su, üstü quru", - deyə sakinlərdən biri bildirib.
Mütəxəssislər bildirirlər ki, bu cür hallar yolverilməzdir və gələcəkdə ciddi fəsadlara səbəb ola bilər.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, vətəndaş fərdi yaşayış evi alarkən mütləq şəkildə həmin ərazinin torpaq tarixini araşdırmalıdır:
"Əgər ərazi vaxtilə gölməçə və ya qamışlıq sahə olubsa, zaman keçdikcə həmin tikililərin deformasiyaya uğraması qaçılmazdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 22 Yanvar 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















