Ev almaq istəyənlər üçün daha bir şans Yaxın məsafə, davamlı gəlir… | Icma.az
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyədən mənzil alan azərbaycanlıların sayında artım müşahidə olunur.
Belə ki, 2025-ci ilin fevral ayında qonşu ölkədə əcnəbilərə ümumilikdə 1457 ev satılıb.
Azərbaycan vətəndaşları buradan 87 daşınmaz əmlak alıblar. Ötən ilin müvafiq dövründə qeyd edilən rəqəm 60 mənzil olub.
Bu isə 45 faiz artım deməkdir. Vətəndaşlarımız mənzil üçün niyə Türkiyəyə üz tuturlar? Başqa hansı ölkələrdən evlər alınır?
Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, Azərbaycan vətəndaşları əsasən Rusiya və Türkiyədən əmlak alırlar: “Bəzi rəqəmlərə görə, Rusiyada 3 milyona yaxın Azərbaycan vətəndaşı yaşayır.
Onlar demək olar, bütün sərmayələrini həmin ölkənin daşınmaz əmlak və biznes sektoruna yatırıblar.
Əvvəlki illərdə Rusiyada yaşayan həmyerlilərimiz qazandıqları pulları əsasən Azərbaycana investisiya etsələr də, daha sonra əmlakların bir hissəsini sataraq yenidən bu ölkəyə qayıdış etdilər.
Tam oxu
Xəbəri oxu