Icma.az
close
up
RU
Ev almaq istəyənlər üçün daha bir şans Yaxın məsafə, davamlı gəlir…

Ev almaq istəyənlər üçün daha bir şans Yaxın məsafə, davamlı gəlir…

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədən mənzil alan azərbaycanlıların sayında artım müşahidə olunur. Belə ki, 2025-ci ilin fevral ayında qonşu ölkədə əcnəbilərə ümumilikdə 1457 ev satılıb. Azərbaycan vətəndaşları buradan 87 daşınmaz əmlak alıblar. Ötən ilin müvafiq dövründə qeyd edilən rəqəm 60 mənzil olub. Bu isə 45 faiz artım deməkdir.

Vətəndaşlarımız mənzil üçün niyə Türkiyəyə üz tuturlar? Başqa hansı ölkələrdən evlər alınır?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, Azərbaycan vətəndaşları əsasən Rusiya və Türkiyədən əmlak alırlar:

“Bəzi rəqəmlərə görə, Rusiyada 3 milyona yaxın Azərbaycan vətəndaşı yaşayır. Onlar demək olar, bütün sərmayələrini həmin ölkənin daşınmaz əmlak və biznes sektoruna yatırıblar. Əvvəlki illərdə Rusiyada yaşayan həmyerlilərimiz qazandıqları pulları əsasən Azərbaycana investisiya etsələr də, daha sonra əmlakların bir hissəsini sataraq yenidən bu ölkəyə qayıdış etdilər. Həmçinin Türkiyədə də kifayət qədər azərbaycanlı yaşayır. Orada yaşamayan həmyerlilərimiz də turistik zonalardan daşınmaz əmlak alırlar. Qalmadıqları dövrdə mənzili kirayə verib gəlir əldə edirlər”.

Elnur Fərzəliyev

Ekspert bildirib ki, əcnəbilərə əmlak satan ölkələr sırasında Türkiyə ön sıradadır:

“Avropa ölkələri, Rusiya və digər yerlərdən olan insanlar bura ciddi şəkildə yatırım edirlər. Əvvəlki illərdə bu hal daha çox idi. Lakin Türkiyədə baş verən ən son güclü zəlzələdən sonra daşınmaz əmlak sahəsinin çökməsi müşahidə edildi. Lakin bir müddət keçən kimi əcnəbilər yenidən Türkiyənin daşınmaz sahəsinə yönəldilər. Əsas səbəb həmin ölkədə turizm sektorunun, iqtisadiyyatın güclü şəkildə fəaliyyətdə olmasıdır. Bundan əlavə, Türkiyədə geniş layihələr var. Tikinti şirkətləri bunlara əsasən, böyük şəhərciklər salırlar. Bütün infrastrukturları qurulan massivlərdə yerləşdirirlər. Ona görə də alıcılar investisiyalarını Türkiyəyə qoymaqda maraqlıdırlar. Həmçinin Azərbaycan vətəndaşları da məsafə və dili nəzərə alaraq bu ölkəyə üz tuturlar”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Aprel 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri