Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, bunu səhiyyə nazirinin  müavini Rasim İsmayılov Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, növbəti ildən ambulator müalicə alan xəstələrə dərman çatdırılması məsələsi həllini tapacaq. 

Nazir müavini tibb müəssisələrin akrredatisayiyası məsələsinə toxunaraq bildirib ki, tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətinə nəzarət mərkəzi yaradılıb: “İndi həmin mərkəzin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər gedir. Ən vacib məsələ özəl tibb sektorunun dövlət səhiyyə sisteminə uyğunlaşdırılmasıdır. Düşünürük ki, yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью