Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, növbəti ildən ambulator müalicə alan xəstələrə dərman çatdırılması məsələsi həllini tapacaq.
Nazir müavini tibb müəssisələrin akrredatisayiyası məsələsinə toxunaraq bildirib ki, tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətinə nəzarət mərkəzi yaradılıb: “İndi həmin mərkəzin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər gedir. Ən vacib məsələ özəl tibb sektorunun dövlət səhiyyə sisteminə uyğunlaşdırılmasıdır. Düşünürük ki, yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq”.
Mürtəza
Baxış sayı:127
Bu xəbər 06 Noyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















