Everesti 31 ci dəfə fəth etdi | Icma.az
Icma.az, 525.az saytına istinadən bildirir. Nepallı Kami Rita Şerpa 31-ci dəfə dünyanın ən hündür nöqtəsi olan Everest dağına çıxıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da o şəxsi rekordunu təzələyib. 55 yaşlı bələdçi Everestə ilk dəfə 1994-cü ildə çıxıb.
Həmin vaxtdan indiyə kimi o, demək olar ki, hər il uğurunu təkrarlayır. Kami Rita həm də uzun illərdir əcnəbi alpinistlərə bələdçilik edir.
Ərazini əlinin içi kimi tanıyan bələdçi yaşının çox olmasına baxmayaraq, hələ bir neçə dəfə də Everestə çıxacağını bildirib.
Xatırladaq ki, dünyanın ən hündür zirvəsi olan Everest Himalay dağlarında, dəniz səviyyəsindən 8849 metr yüksəklikdə yerləşir.
L.Tağıyeva Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu