Everesti 31 ci dəfə fəth etdi
Icma.az, 525.az saytına istinadən bildirir.
Nepallı Kami Rita Şerpa 31-ci dəfə dünyanın ən hündür nöqtəsi olan Everest dağına çıxıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da o şəxsi rekordunu təzələyib.
55 yaşlı bələdçi Everestə ilk dəfə 1994-cü ildə çıxıb. Həmin vaxtdan indiyə kimi o, demək olar ki, hər il uğurunu təkrarlayır.
Kami Rita həm də uzun illərdir əcnəbi alpinistlərə bələdçilik edir. Ərazini əlinin içi kimi tanıyan bələdçi yaşının çox olmasına baxmayaraq, hələ bir neçə dəfə də Everestə çıxacağını bildirib.
Xatırladaq ki, dünyanın ən hündür zirvəsi olan Everest Himalay dağlarında, dəniz səviyyəsindən 8849 metr yüksəklikdə yerləşir.
L.Tağıyeva

Teleaparıcı Everesti fəth etdi
19 May 2025 20:01
Everesti fəth edən alpinist saxlanıldı
30 May 2025 14:57
Azərbaycanlı qadın müəllim Everesti fəth etdi FOTO
19 May 2025 12:14
İngilislər Everesti yeni şəkildə fəth ediblər...
22 May 2025 22:46
Everesti fəth edən ilk azərbaycanlı qadın Video
20 May 2025 00:41

