GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bəzi vətəndaşlar mənzilini uzunmüddətli kirayə vermək istəsələr də, müəyyən risklərin olduğunu bildirirlər.
Məsələn, ödənişlərin gecikdirilməsi, əmlaka zərər vurulması və ya müqavilə şərtlərinin pozulması ev sahibini çətin vəziyyətə sala bilər.
Hətta müəyyən hallarda kirayəçi ilə hüquqi mübahisələr qaçılmaz olur.
Evini uzun müddət kirayə verən sahibkarlar bu risklərdən necə sığortalana bilər? Onlar nələrə əməl etməlidirlər?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, Azərbaycanda vətəndaşların evlərini uzunmüddətli kirayə verməsi halları artır: “Ən çox rast gəlinən risklərdən biri kirayəçinin ödənişləri gecikdirməsi, yaxud ümumiyyətlə ödəməməsidir.
Digər ciddi problem mənzilə zərər yetirilməsi, qeyri-qanuni fəaliyyət üçün istifadəsi və müqavilə şərtlərinin pozulmasıdır.
Bu hallarda ev sahibi həm maddi, həm də hüquqi çətinliklərlə üzləşə bilər.