Evinizdə qeydiyyatda olan qohumunuz əmlakınızı satmağa mane ola bilər? EKSPERT AÇIQLAMASI …
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illərdə Azərbaycanda daşınmaz əmlak bazarında artan aktivlik bir sıra hüquqi və praktiki sualları da gündəmə gətirir.
Xüsusilə evin satışı zamanı evdə qeydiyyatda olan şəxslərin razılığı məsələsi çoxlarını maraqlandırır.
Bəs bir evdə qeydiyyatda olan, lakin orada yaşamayan şəxslər belə evin satışına mane ola bilərmi?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, evin satışı zamanı həmin evdə qeydiyyatda olan hər bir şəxsin razılığı vacibdir: “Bir evdə heç bir şəxsin qeydiyyatda olmaması və ya kifayət qədər şəxsin qeydiyyatda olması mümkündür.
Bu zaman qeydiyyatda olan şəxslər notariusa dəvət olunur və onların qeydiyyatı ilə bağlı prosedurlar həyata keçirilir.
Əgər ev satılmaq istənilirsə, qeydiyyatda olan hər bir şəxsdən satılmağa icazə alınmalıdır.
Yəni, evin satışı zamanı hər bir qeydiyyatda olan şəxs bu prosesə razılığını bildirməlidir”.
Tam oxu
Xəbəri oxu