Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda sevgilisini qaçırmaqda təqsirli bilinən gənc və ona kömək edən dostunun işi apellyasiya mərhələsində də maraqlı detallarla diqqət çəkib.
“Qafqazinfo”nun məlumatına görə, 8 ilə kimi həbslə cəzalandırılan gənclər əməllərinin adam oğurluğuna cəhd kimi deyil, maksimum özbaşınalıq kimi qiymətləndirilməsini istəyirlər.
Bənzər cinayətlərdən fərqli olaraq burada təqsirləndirilən Fikrət Əliyev və Ülvi Səmədovla birlikdə zərərçəkmiş qız da eyni əsasla hökmdən narazıdır.
Həm müdafiə tərəfi, həm də zərərçəkmiş qız birgə apellyasiya şikayəti verərək bəraət qərarı çıxarılmasını xahiş edirlər.
Bakı Apellyasiya Məhkəməsi işi yenidən istintaqa qaytarmasa da, zərərçəkmiş qismində tanınan qızın dindirilməsini zəruri hesab edib.
Leyli (ad şərtidir– red.) bu dəfə də bir az dramatik, amma fədakar ifadə verib.
O, daha əvvəl də dediyi kimi nə sevgilisi Fikrətdən, nə də onun dostu Ülvidən şikayətçidir.