Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Evlənmək üçün hələ də həbsdən çıxmağını gözləyir...

Evlənmək üçün hələ də həbsdən çıxmağını gözləyir...

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda sevgilisini qaçırmaqda təqsirli bilinən gənc və ona kömək edən dostunun işi apellyasiya mərhələsində də maraqlı detallarla diqqət çəkib.

“Qafqazinfo”nun məlumatına görə, 8 ilə kimi həbslə cəzalandırılan gənclər əməllərinin adam oğurluğuna cəhd kimi deyil, maksimum özbaşınalıq kimi qiymətləndirilməsini istəyirlər.

Bənzər cinayətlərdən fərqli olaraq burada təqsirləndirilən Fikrət Əliyev və Ülvi Səmədovla birlikdə zərərçəkmiş qız da eyni əsasla hökmdən narazıdır. Həm müdafiə tərəfi, həm də zərərçəkmiş qız birgə apellyasiya şikayəti verərək bəraət qərarı çıxarılmasını xahiş edirlər.

Bakı Apellyasiya Məhkəməsi işi yenidən istintaqa qaytarmasa da, zərərçəkmiş qismində tanınan qızın dindirilməsini zəruri hesab edib.

Leyli (ad şərtidir– red.) bu dəfə də bir az dramatik, amma fədakar ifadə verib. O, daha əvvəl də dediyi kimi nə sevgilisi Fikrətdən, nə də onun dostu Ülvidən şikayətçidir. 19 yaşlı Leylinin yeganə istəyi Fikrətlə evlənib xoşbəxt olmaqdır: “Fikrətlə bir-birimizi sevirik. Əvvəl də demişdim, indi də deyirəm. Həmin gün çox həyəcanlı idim, şikayət ərizəsinə qol çəkdiyimi belə anlamadım. Maşında adi qısqanclıq mübahisəsi etdik. Nəticə də gətirib bura çıxardı. Hakimlərdən xahişim, onların azadlığa buraxılmasıdır. Əks halda Fikrəti 8 il də gözləməyə hazıram”.

Şüşə qəfəsdə əyləşən Fikrət sevgilisinin dediklərini başı ilə təsdiq edərək azadlığa çıxdıqdan sonra evlənəcəklərinə təkrar söz verib.

Zərərçəkmiş şəxsin bu cür ifadəsi müdafiə tərəfi üçün böyük üstünlükdür. Leylinin “öz istəyimlə qoşulub qaçmışam”, “şikayətim yoxdur” sözləri təqsirləndirilən şəxslərin niyyətini birbaşa sual altına qoyur.

Fikrətin hüquqlarını bu mərhələdə tanınmış vəkil Ruzi Səmədov müdafiə edir. Müdafiəçi həm ibtidai istintaq, həm də məhkəmə araşdırması zamanı toplanmış sübutları təhlil etdikdən sonra ortada adam oğurluğuna cəhdi təsdiq edən kifayət qədər əsas olmadığını düşünür: “Gənclər uzun müddət münasibətdə olublar, hər ikisi də yetkinlik yaşına çatıb. Hadisə günü müvəkkilim sevgilisinin israrı ilə onu dostunun avtomobili ilə aparmağa razılaşıb. Sonradan qız fikrini dəyişərək geri qayıtmaq istəyib. Bu vaxt da bəxtsizlikdən avtomobil əks yola çıxıb. Əslində bu qayda pozuntusu da qəsdən olmayıb. Müvəkkilim rayon uşağıdır, Saatlıda yaşayır. Şəhər yollarına bələd olmadığı üçün də əks yolla hərəkət edib. Adam oğurluğuna cəhd cinayətində əsas məqsəd hansısa şəxsi iradəsi əleyhinə harasa aparmaq və orada saxlamağa çalışmaqdır. Amma bu işdə tərəflər uzunmüddətli sevgi münasibətində olublar. Açıq-aydın görünür ki, burada oğurlamaq niyyəti deyil, bir-birinə qovuşmaq istəyən iki gəncin emosional istəyi var. Bu ağır ittiham qızın həyəcanlı vəziyyətdə şikayət ərizəsini imzalaması nəticəsində formalaşıb. Məhkəmə də verilmiş ittihamı bir az yüngülləşdirməklə müvəkkilimə 8, dostuna 6 il 9 ay həbs cəzası verib. Onların əməli ən pis halda özbaşınalıq (CM: 322-ci maddə) kimi qiymətləndirilməli idi”.

Müdafiəçilər yekun çıxışlarında gənclərin sərbəst həyatlarına davam etmələri üçün bəraət qərarı verilməsini xahiş ediblər.

Fikrətin atası Umudəli Əliyev isə oğlunun işi ilə bağlı Məhkəmə-Hüquq Şurası və Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib. Ata oğlunun gəncliyini, sevgisi naminə etdiyi səhvləri nəzərə alaraq ədalətli qərar verilməsini xahiş edib.

Sail Ağasəlim

Fotoda: ata Umudəli Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri