Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır. İş o yerə çatıb ki, rieltorlar belə mənzil qiymətlərinin fantastik surətlə dəyişmə
Ötən ilin sonlarında 100 min manata satılan mənzillər indi 120-130 min manata təklif olunur.
Maraqlıdır, mənzil bazarında qiymətlərin günbəgün artması hansı səbəblərdən qaynaqlanır?
Məsələ ilə bağlı AzVision.az –a açıqlama verən "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti"nin sədri Vüqar Oruc deyib ki, alıcıları narazı salan bu problemin bir neçə səbəbi var.
Daşınmaz əmlak bazarındakı artım və ya azalma, qiymətlərin inkişaf tendensiyası yalnız tələb və təklifdən asılı olmur.
Məsələyə kompleks şəkildə təsir göstərən amillər var: “Təbii ki, bu sırada Rusiya-Ukrayna müharibəsi də var.
Bu münaqişə daşınmaz əmlakın qiymətlərinə təsir göstərən amillərin içərisində birinci yerdə dayanır.
Müharibə başlayandan sonra tikinti materiallarının idxalında bir sıra problemlər yarandı.