Evlərə verilən su ölü sudur ARAŞDIRMA | Icma.az
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda təmiz içməli su əldə etmək imkanı konkret sıfıra bərabərdir “Ölkənin su bazarında dövr edən milyonlarla manat xalqın cibindən oğurlanmış, aldadılaraq alınan pullardır.
Bu suyun heç bir formada insanlara xeyri yoxdur”“Dünyanın bir çox şəhərlərində yeni tikintilərə yalnız müvafiq su və kanalizasiya təminatı olduqda icazə verilir.
Yalnız bu səbəbdən bir çox şəhərlərdə hazırda tikinti dayandırılıb”. Bu fikirlər ekoloq Rövşən Abbasova məxsusdur.
Ekoloq içməli su probleminin son illərdə ciddi şəkildə özünü göstərməsinin səbəblərindən biri kimi paytaxtda aparılan tikintilərdə - 5 mərtəbəli binaların sökülərək əvəzində çoxmərtəbəli binaların, yaşayış komplekslərinin inşasını göstərib: “Bakıda vəziyyət necədir?
Beş mərtəbəli binaları söküb yerində 16-20 mərtəbəli bina tikən tikinti şirkətləri suyu haradan alacaqlarını düşünürlərmi?
Getdikcə artmaqda olan şəhər əhalisinə su necə çatdırılacaq?
Getdikcə yüklənən Bakıda yeni tikintilərə, xüsusilə 16 mərtəbəli binaların tikintisinə məhdudiyyət qoymağın vaxtı çoxdan çatıb”.
Tam oxu
Xəbəri oxu