Icma.az
close
up
RU
Evlərə verilən su ölü sudur ARAŞDIRMA

Evlərə verilən su ölü sudur ARAŞDIRMA

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda təmiz içməli su əldə etmək imkanı konkret sıfıra bərabərdir


 “Ölkənin su bazarında dövr edən milyonlarla manat xalqın cibindən oğurlanmış, aldadılaraq alınan pullardır. Bu suyun heç bir formada insanlara xeyri yoxdur”


“Dünyanın bir çox şəhərlərində yeni tikintilərə yalnız müvafiq su və kanalizasiya təminatı olduqda icazə verilir. Yalnız bu səbəbdən bir çox şəhərlərdə hazırda tikinti dayandırılıb”. Bu fikirlər ekoloq Rövşən Abbasova məxsusdur. Ekoloq içməli su probleminin son illərdə ciddi şəkildə özünü göstərməsinin səbəblərindən biri kimi paytaxtda aparılan tikintilərdə - 5 mərtəbəli binaların sökülərək əvəzində çoxmərtəbəli binaların, yaşayış komplekslərinin inşasını göstərib: “Bakıda vəziyyət necədir? 

Beş mərtəbəli binaları söküb yerində 16-20 mərtəbəli bina tikən tikinti şirkətləri suyu haradan alacaqlarını düşünürlərmi? Getdikcə artmaqda olan şəhər əhalisinə su necə çatdırılacaq? Getdikcə yüklənən Bakıda yeni tikintilərə, xüsusilə 16 mərtəbəli binaların tikintisinə məhdudiyyət qoymağın vaxtı çoxdan çatıb”. Məsələ burasındadır ki, yeni tikililərin sayı günbəgün artır, əhali sayı da artır. Şəhəri içməli su ilə təmin edən su kəməri də, kanalizasiya xətləri də köhnə olaraq qalır. Sökülən köhnə məhəllələrin, sovetlər zamanı tikilmiş binaların yerində çoxmərtəbəli binalar inşa edən MTK-lar müəyyən məbləğ ödəməklə köhnə kanalizasiya və su xətlərinə, həmçinin elektrik xətlərinə də qoşulurlar. Yeni binanın su çənlərini ətrafdakı köhnə binaların və fərdi evlərin hesabına doldururlar. Bu isə sakinlərin elektrik enerjisi, su, kanalizasiya, yəni kommunal problemlərinin yaranmasına səbəb olur. Sakinlər normal elektrik enerjisi üçün generatorlardan istifadə etməli olur, su çatışmazlığı yaranır, köhnə kanalizasiya xətləri tələbatı ödəyə bilmir. 50 nəfərə xidmət edə biləcək kəmər və xətlər 150 nəfərə əlbəttə xidmət göstərə bilməz. Odur ki, sakinlər həm su qıtlığı yaşayır, həm elektrik enerjisi, həm də kanalizasiya problemi.  


Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Sherg.az-a  açıqlamasında qeyd etdi ki, 1 milyard dollara yaxın vəsaitə başa gəlmiş Oğuz-Qəbələ-Bakı su kəməri gözləntiləri doğrultmayıb: 

- Bu su kəmərinin tikintisinə 2006-cı ildə başlandı, 2008-ci ildə başa çatdı. Bu kəmər çox başıbəlalıdı. Tikinti ekoloji ekspertiza aparılmadan başlandı, nəticədə ekologiyaya, ətraf mühitə xeyli ziyan dəydi, bir çox ərazilərdə meşə örtüyü məhv edildi, kəmər keçən ərazilərdə yaşayan insanlara da zərər dəydi. Təşkilatımız kəmərin tikintisi ilə bağlı monitorinq aparıb. Tədqiqatla bağlı hazırlanmış hesabatda qeyd edilib kəmərin tikintisi necə aparılıb, hansı şirkətlər iştirak edib kəmərin çəkilişində, hansı nöqsanlara yol verilib, hansı ziyanlar vurulub. Niyə belə oldu, çünki kəmərin tikintisi tələm-tələsik, ekoloji ekspertiza aparılmadan, rəylər nəzərə alınmadan aparıldı. Tikinti zamanı yol verilmiş nöqsanların nəticəsidir ki, bu gün paytaxtda içməli su çatışmazlığı yaşanır. Bu kəmər Neft Fondunun maliyyəsi hesabına çəkilib. Çəkilişdə ifrat dərəcədə vəsait xərclənib - 1 milyard dollara qədər pul sərf olunub. Ciddi nöqsanlara yol verilib, lazımi auditlər aparılmayıb. Bu, Oğuzdan ta Bakıya qədər gələn kəmərdi. Kəmər çəkilərkən bildirilmişdi ki, bununla paytaxt 24 saat fasiləsiz su ilə təmin ediləcək. Amma bildiyim qədər kəmərin bir qolu Su zavoduna verilib, ona görə də Bakının su ilə tam, fasiləsiz təmin edilməsi mümkün olmayıb.  


Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə hesab edir ki, içməli su ilə bağlı vəziyyət ürəkaçan deyil. Su qıtlığı bütün dünyada yaşanır, getdikcə də kəskinləşəcəyi məlumdur. Lakin bizdə buna qarşı əməli tədbirlər sıfır səviyyəsindədir. Su böyük ölçüdə itkiyə gedir. Köhnə kəmərlərdən su sızır, bəzən boşuna axıdılır, yaşıllıqlar, parklar içməli su ilə suvarılır, yağış suyunun ehtiyat olaraq toplanması təcrübəsindən istifadə edilmir, halbuki Avropanın bir çox ölkələrində yağış suyunun toplanması və məişətdə istifadəsi çoxdan həllini tapıb. E.Bayramlı hazırda satışda olan süfrə sularının da keyfiyyətində ciddi nöqsanlar olduğunu dedi:  

- Təsəvvür edin ki, adi şəbəkə suyunu qablaşdırıb, hətta bir çox ərzaq məhsullarından da baha qiymətə camaata satırlar. Böyük biznes qurulub və milyonlarla gəlir var. İnanılmaz vəziyyət yaranıb. Müftə götürülən təbiətin suyu benzindən baha başa gəlir. Suların üzərinə bər-bəzəkli sözlər yazsalar da, məşhur bulaqların adını qoysalar da, hamı bilir, özləri də etiraf edirlər ki, bunlar adi şəbəkə suyudur. Sadəcə, böyük filtr aparatlarından keçirirlər. Ucuz başa gəlməsi üçün bu cür filtrləri tez-tez dəyişmədiklərinə görə su uzun müddət saf olmur. Yəni satıldığı qiymətə dəyməz. Suyun təmizliyini yoxlamaq üçün çox üsullar var. Amma əmin olmaq üçün sadə üsul Ph metr aparatıdır. Bu kiçik cihazın satışını həyata keçirən qlobal internet satış şəbəkələri var. Cihaz suyun Ph səviyyəsini göstərir. Təəssüf ki, bu cihazla ölçdüyümüzdə çox aşağı göstərici verir. Suyun artıq təbiiliyi qalmayıb. Üstəlik, su plastik qablarda həftələrlə saxlanır və faktiki zəhərlənir. Plastik partikullar tədricən suyun tərkibinə keçir. Beləliklə, su ölü suya çevrilir. Mağazadan içməli su almağın heç bir mənası yoxdur. Bu, pulu çölə atmaq deməkdir. Evdə müxtəlif təmizləyici vasitələrdən, filtr aparatından istifadə etmək daha etibarlıdır. 

Pambıqdan, daşdan süzülən suyun da kimyəvi tərkibi tam təmizlənmir. Sadəcə, kobud çöküntülər təmizlənir. Suyun tərkibindəki ağır metallar, kimyəvi maddələr, xlor və s. qalır. Düzdür, filtr aparatından keçən su da faydalı minerallar götürüldüyü üçün ölü su sayılır, amma ən azından zərəri neytrallaşdırırıq. Evlərə verilən şəbəkə suyu da çox bərbad vəziyyətdədir. Yalnız bir üsul qalır - kimsə özünə muxtar rayonlardan, kəndlərdən su gətizdirə bilirsə, bunu su saymaq olar. Bakıda təmiz içməli su əldə etmək imkanı konkret sıfıra bərabərdir. Qaynanmış su da effektli deyil, ölü sudur. Beləliklə, ölkənin su bazarında dövr edən milyonlarla manat xalqın cibindən oğurlanmış, aldadılaraq alınan pullardır. Bu suyun heç bir formada insanlara xeyri yoxdur. Bu pulları batmış saymaq olar. Meyvə-tərəvəz əkənlər necə əziyyətlə məhsul əldə edirlər, il boyu xərc qoyurlar, məhsulun kilosunu sonda 50 qəpiyə satırlar. Su şirkətləri isə heç bir xərc çəkmədən müftə suyu 1 manata satırlar. Südün litri belə 1 manatdır. Su isə hazırda qızıl qiymətinə satılır. İçməli su maya dəyərindən on dəfələrlə yüksək qiymətə satılan məhsul formasına gəlib. Sadəcə, müxtəlif bəzəkli adlarla biznes qurublar. Bu suları almağı məsləhət görmürəm. Özüm də heç vaxt almıram.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bankların aktivləri 1 milyard manatdan çoxdur

20 İyul 2026 10:04see388

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see327

İlham Əliyevdən SƏRƏNCAM

20 İyul 2026 13:59see269

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026 2030 cu illər üçün Tədbirlər Planı” təsdiqlənib

20 İyul 2026 13:58see266

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see252

Prezident nazirlik qarşısında öhdəlik qoydu

20 İyul 2026 13:58see238

Vətənədaşa xəstə heyvan veriləndə, o nə etməlidir? AÇIQLAMA

20 İyul 2026 14:08see227

2026 2030 cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı TƏSDİQLƏNDİ

20 İyul 2026 13:59see208

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see198

Prezident 1 fərman, 1 sərəncam imzaladı

20 İyul 2026 13:58see198

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see189

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see177

Rumıniyada səhiyyə işçiləri xəbərdarlıq tətili keçirir

20 İyul 2026 14:34see174

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see171

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see164

Avropa Rusiyaya görə "parçalanır"...

20 İyul 2026 07:02see161

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see159

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see159

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see158

Üç idarə MMC oldu: Rəis təyin edildi FOTO

20 İyul 2026 13:41see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri