Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı Fotolar

12.10.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncədə zəncirvari yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Opel Astra” və “Chevrolet Trax” markalı minik avtomobilləri yolayrıcında toqquşub. Nəticədə, “Trax” dayanacağa çırpılaraq onu yararsız hala salıb, daha sonra isə yol kənarında dayanmış “Chevrolet Cruz” markalı maşına çırpılıb.

İlkin məlumata görə, qəzada üç nəfər xəsarət alıb. Ramin İbrahimov (1992), Samirə Bağırova (1977) və Dilbər Əsgərova (1944) müxtəlif bədən xəsarətləri ilə xəstəxanaların birinə yerləşdirilib.

S.Bağırova və D.Əsgərova “Opel” markalı avtomobildə olublar. R.İbrahimov isə qəza zamanı dayanacaqda dayanarkən xəsarət alıblar.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью