Əvvəl dayanacağa, sonra digər maşınlara çırpıldı Fotolar
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gəncədə zəncirvari yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan “Opel Astra” və “Chevrolet Trax” markalı minik avtomobilləri yolayrıcında toqquşub. Nəticədə, “Trax” dayanacağa çırpılaraq onu yararsız hala salıb, daha sonra isə yol kənarında dayanmış “Chevrolet Cruz” markalı maşına çırpılıb.
İlkin məlumata görə, qəzada üç nəfər xəsarət alıb. Ramin İbrahimov (1992), Samirə Bağırova (1977) və Dilbər Əsgərova (1944) müxtəlif bədən xəsarətləri ilə xəstəxanaların birinə yerləşdirilib.
S.Bağırova və D.Əsgərova “Opel” markalı avtomobildə olublar. R.İbrahimov isə qəza zamanı dayanacaqda dayanarkən xəsarət alıblar.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Oktyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















