News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkə platformalarında vətəndaşlar apteklərdə bəzi dərmanların tapılmaması ilə bağlı tez-tez şikayətlər paylaşırlar.
Onların sözlərinə görə, əvvəllər asanlıqla əldə etdikləri bir çox preparatlar artıq satışda yoxdur.
Xüsusilə uzun müddət istifadə olunan və orqanizmləri uyğunlaşmış dərmanların bəziləri ya ümumiyyətlə ölkəyə gətirilmir, ya da onların yerinə əvəzləyici dərmanlar təklif olunur.
Bu isə insanlarda narahatlıq yaradır. Vətəndaşlar bildirirlər ki, əvəzləyici dərmanlar əvvəlki qədər effektli olmur.
Mütəxəssislər bu halı bəzən plasebo effekti ilə izah etsələr də, şikayətçilər bununla razılaşmırlar.
Bəs dərman çatışmazlığının əsas səbəbi nədir – idxal prosesindəki çətinliklər, qiymət artımı, yoxsa süni qıtlıq yaradılması?Məsələ ilə bağlı News24.az-a danışan səhiyyə üzrə ekspert Aydın Əliyev açıqlamasında bildirib ki, bəzi dərman preparatlarının tapılmaması və qiymətlərin kəskin bahalaşması əsasən daxili istehsalın zəifliyi və idxaldan asılılığın yüksək olması ilə bağlıdır:"Ölkə bazarındakı dərmanların böyük əksəriyyəti xaricdən gətirilir ki, bu da həm qiymətlərə, həm də keyfiyyətə birbaşa təsir göstərir.
Ölkəmizdə dərman preparatlarının istehsalı çox aşağı səviyyədədir.