Icma.az
close
up
RU
“Əvvəl var idi, indi tapılmır” apteklərdə dərman çatışmazlığının səbəbləri

“Əvvəl var idi, indi tapılmır” apteklərdə dərman çatışmazlığının səbəbləri

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkə platformalarında vətəndaşlar apteklərdə bəzi dərmanların tapılmaması ilə bağlı tez-tez şikayətlər paylaşırlar. Onların sözlərinə görə, əvvəllər asanlıqla əldə etdikləri bir çox preparatlar artıq satışda yoxdur. Xüsusilə uzun müddət istifadə olunan və orqanizmləri uyğunlaşmış dərmanların bəziləri ya ümumiyyətlə ölkəyə gətirilmir, ya da onların yerinə əvəzləyici dərmanlar təklif olunur. Bu isə insanlarda narahatlıq yaradır. Vətəndaşlar bildirirlər ki, əvəzləyici dərmanlar əvvəlki qədər effektli olmur. Mütəxəssislər bu halı bəzən plasebo effekti ilə izah etsələr də, şikayətçilər bununla razılaşmırlar. 

Bəs dərman çatışmazlığının əsas səbəbi nədir – idxal prosesindəki çətinliklər, qiymət artımı, yoxsa süni qıtlıq yaradılması?

Məsələ ilə bağlı News24.az-a danışan səhiyyə üzrə ekspert Aydın Əliyev açıqlamasında bildirib ki, bəzi dərman preparatlarının tapılmaması və qiymətlərin kəskin bahalaşması əsasən daxili istehsalın zəifliyi və idxaldan asılılığın yüksək olması ilə bağlıdır:

"Ölkə bazarındakı dərmanların böyük əksəriyyəti xaricdən gətirilir ki, bu da həm qiymətlərə, həm də keyfiyyətə birbaşa təsir göstərir. Ölkəmizdə dərman preparatlarının istehsalı çox aşağı səviyyədədir. Bizim əksər dərmanları xaricdən idxal etməyimiz qaçılmaz vəziyyət yaradır. Bu zaman da xərclər artır, daşınma, gömrük rüsumları, valyuta dəyişkənliyi və digər faktorlar qiymətləri şişirdir. Nəticədə dərmanların maya dəyəri yüksəlir və əhali onu əvvəlki qiymətlərlə ala bilmir".

Aydın Əliyevin fikrincə, hazırda dərman idxalı ilə məşğul olan şirkətlərin sayı məhduddur və bu şirkətlər bazarı istədikləri kimi formalaşdıra bilirlər:

“Hazırda ölkəmizdə dərman idxalı ilə məşğul ola bilən şirkətlərin sayı çox azdır. İstənilən sahibkar bu sahəyə daxil ola bilmir. Bu isə rəqabətin zəifləməsinə gətirib çıxarır. Rəqabət olmadıqda isə şirkətlər qiymətləri öz istəklərinə uyğun müəyyən edirlər. Əgər dərman idxalı bazarı bütün sahibkarlara açıq olsa, rəqabət yaranar, nəticədə qiymətlər də aşağı düşər”.

Ekspert həmçinin keyfiyyət probleminə də diqqət çəkib. Onun sözlərinə görə, bəzi hallarda eyni adlı dərmanlar müxtəlif apteklərdə fərqli təsir göstərir. Bu isə ölkəyə keyfiyyətsiz və ya saxta məhsulların daxil olduğunu göstərir:

“Eyni adlı dərmanı Azərbaycanda aptekdən alanda bir təsir göstərir, Almaniyada və ya başqa Avropa ölkəsində aldıqda isə tam fərqli nəticə verir. Bu, keyfiyyət fərqindən irəli gəlir. Təəssüf ki, bizdə dərmanların keyfiyyətinə nəzarət sistemi lazımi səviyyədə işləmir. Bəzi dərmanlar düzgün şəraitdə saxlanılmır, bəziləri isə istehsal qaydalarına cavab vermir”.

Ekspert hesab edir ki, vəziyyətdən çıxış yolu yerli istehsalın inkişaf etdirilməsi, idxal qaydalarının liberallaşdırılması və dərman keyfiyyətinə nəzarətin gücləndirilməsindən keçir:

“Əgər biz öz dərman istehsalımızı artırmasaq, xarici bazarlardan asılılıq davam edəcək. Dövlət yerli şirkətlərə dəstək verməli, istehsal müəssisələrinin açılmasına şərait yaratmalıdır. Bununla yanaşı, idxal sahəsində şəffaflıq təmin olunmalı, bütün sahibkarlar üçün bərabər imkanlar yaradılmalıdır. Ən əsası isə bazara daxil olan hər bir dərman ciddi şəkildə yoxlanılmalıdır".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəyə dərman idxalı ilə özəl idxalçı şirkətlər məşğul olur:

"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə yalnız rəsmi şəkildə idxal edilən dərman vasitələrinin sənədlərinin uyğunluğunun yoxlanılması, laborator analizinin aparılması və idxalına icazə verilməsi daxildir. Hazırda Mərkəzə dərman çatışmazlığı ilə bağlı vətəndaşlardan rəsmi qaydada hər hansı müraciət və ya şikayət daxil olmayıb. Bununla yanaşı, hər hansı konkret dərmanın ölkəyə gətirilməsi və ya satışda mövcudluğu ilə bağlı daha ətraflı məlumatı həmin dərmanı idxal edən şirkətlərdən almaq mümkündür". 

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri