Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Tutaq ki, bir nəfər istedadsız şəxsi Yazıçılar Birliyinə üzv götürüblər, buna etiraz etdin-etmədin fərqi yoxdur. Xırda məsələdir.
Bu məsələ mənə yersiz və mənasız görünür. Onsuz da o insanlar ortaya bir şey çıxarda bilməyəcəklər”.
Bu sözləri “Yeni Sabah”a yazıçı Seyran Səxavət deyib. Onun sözlərinə görə, AYB-nin 3 min üzvünün olması heç nəyi dəyişmir: Sezar pizza “Yazı
Orada yığışıb kitablar haqqında müzakirələr aparır, prezentasiyalar keçiririk. Toplaşmaq üçün başqa yerimiz də yoxdur.
Dəqiq bilmirəm, birliyin 3 min üzvü var, ya yox. Əgər elədirsə, bu rəqəm çoxdur.
Əslində, rəqəm heç nəyi həll etmir, əsas yaradıcılıq məsələsidir. Düşünürəm ki, Azərbaycanda istedadlı yazıçılar və şairlər var.
Azərbaycan ədəbiyyatı heç nəyə baxmadan başını aşağı salıb, öz yolu ilə gedir. Söhbət ciddi ədəbiyyat və söz adamlarından gedir.