Icma.az
close
up
RU
“Əvvəllər kinoda səhv yerdə oturanda növbətçi deyirdi ki, sizin yeriniz deyil, keçin arxaya...”

“Əvvəllər kinoda səhv yerdə oturanda növbətçi deyirdi ki, sizin yeriniz deyil, keçin arxaya...”

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Tutaq ki, bir nəfər istedadsız şəxsi Yazıçılar Birliyinə üzv götürüblər, buna etiraz etdin-etmədin fərqi yoxdur. Xırda məsələdir. Bu məsələ mənə yersiz və mənasız görünür. Onsuz da o insanlar ortaya bir şey çıxarda bilməyəcəklər”.

Bu sözləri “Yeni Sabah”a yazıçı Seyran Səxavət deyib.

Onun sözlərinə görə, AYB-nin 3 min üzvünün olması heç nəyi dəyişmir: Sezar pizza

“Yazıçılar Birliyi klub kimi bir şeydir. Orada yığışıb kitablar haqqında müzakirələr aparır, prezentasiyalar keçiririk. Toplaşmaq üçün başqa yerimiz də yoxdur.

Dəqiq bilmirəm, birliyin 3 min üzvü var, ya yox. Əgər elədirsə, bu rəqəm çoxdur. Əslində, rəqəm heç nəyi həll etmir, əsas yaradıcılıq məsələsidir. Düşünürəm ki, Azərbaycanda istedadlı yazıçılar və şairlər var. Azərbaycan ədəbiyyatı heç nəyə baxmadan başını aşağı salıb, öz yolu ilə gedir. Söhbət ciddi ədəbiyyat və söz adamlarından gedir. Kənarda kimin olması heç məni narahat etmir, çünki onlar heç qalası da deyillər”.

Seyran Səxavət qeyd edib ki, insan tutduğu yerə layiq olmalıdır:

“Mən də əvvəllər orada qəbul komissiyasının üzvü idim. Sədrimiz də rəhmətlik şair Fikrət Qoca idi. Orada bir neçə adamın üzvlüyə qəbul olmasına kömək etmişəm. Axırıncı kömək etdiyim Kəlbəcərdən olan Valeh Qoca idi. O, peşəkar və istedadlı qələm sahibidir. Biri var, olduğun yerə nail olmaq, bir də var ki, layiq olmaq. O, həmin yerə layiq idi. Ədəbiyyatımızda da ciddi bir fiqurdur.

Başqa 4 nəfərə də kömək etmişəm. Əslində, onlara yox, Azərbaycan şeirinə kömək etmişəm. Məşhur bir deyim var “İstedadlı adamlara kömək edin, onsuz da istedadsızlar özləri keçəcək qabağa”. İndi özüm orada yoxam. Ola bilər ki, kimisə 10 kitabı olsun, amma içində heç nə olmasın. İndi kimin pulu varsa, kitab çap etdirməsi asan bir şeydir. Şura hökümətinin dövründə 2 kitab çap olunurdusa, 100 dəfə süzgəcdən keçirilirdi”.

Yazıçının sözlərinə görə, zaman hamını öz yerinə qoymağa qadirdir:

“Ədəbiyyat özü-özünü duruldan bir şeydir. Misal var: “Dənizi nə qədər çirkləndirsələr də, özü-özünü durulda bilir". Ədəbiyyat da belədir. Bu gün tənqidçilər var ki, sifarişlə adam tərifləyir. Məsələn, Seyran Səxavət haqqında gözəl bir məqalə yazılıbsa, oradan Seyran Səxavətin adını çıxart, qoy Ramiz Rövşəni, nə fərqi var, Eyni söhbətlər, eyni fikirlər, eyni yanaşmalar. Ağına-bozuna baxmadan hamıya dahi, nəhəng deyirlər. Aləm qarışıb biri-birinə.

Bu qarışıqlığa baxmayaraq, ədəbiyyat özünü duruldur. Axıra kimlər qalır, ortaya kimlər düşürsə özü tənzimləyir. Ədəbiyyat hər zaman öz işində olub. Zaman əsl ədəbiyyatın yerini göstərir. Qabaqlar kinoya gedib, yerimizdə səhv oturanda, növbətçi gəlib deyirdi ki, bura sizin yeriniz deyil, keçin arxaya, öz biletiniz olan yerə. İndi zaman da hamını öz yerinə qoyur. Yazıçını da, bəstəkarı da, musiqiçini də, ədəbiyyatçını da”.

Qeyd edək ki, bir müddət əvvəl kitab sərgisinin açılışında iştirak edən Çingiz Abdullayev bildirmişdi ki, Azərbaycanda 3 min yazıçı var. AYB-nin üzvü olan Aqil Abbas isə etiraz etmişdi. O  bildirmişdi ki, birliyinin 3 min üzvü ola bilər, amma Azərbaycanda olsa-olsa, 300 yazıçı olar.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri